STP Global Cable

Əməliyyat keyfiyyəti üzrə menecer

STP Global Cable
Ə/h razılaşma ilə
313
Tam iş günü
Sumqayıt, Azərbaycan
13/05/2026 - 27/05/2026

İş haqqında məlumat

  • İstehsalat mühitində keyfiyyət təminatı və keyfiyyətə nəzarət prinsipləri üzrə güclü bilik və praktiki təcrübə;
  • İstehsal proseslərində keyfiyyətə nəzarət, proses intizamı, texnoloji ardıcıllıq və məhsul tələblərinə uyğunluğun təmin edilməsi sahəsində təcrübə;
  • Uyğunsuzluqların aradan qaldırılması, kök səbəblərin təhlili, düzəldici tədbirlər, profilaktik tədbirlər və proses kənarlaşmalarının idarə olunması üzrə bilik və tətbiq təcrübəsi;
  • İstehsalat sahələrində keyfiyyət problemlərinin müəyyən edilməsi, analiz olunması və aradan qaldırılması üzrə praktiki bacarıq;
  • Proseslərin sabitliyi, təkrarlanan qüsurların azaldılması, keyfiyyət intizamının gücləndirilməsi və əməliyyat risklərinin idarə olunması üzrə təcrübə;
  • Giriş nəzarəti, prosesdaxili nəzarət və son məhsulun keyfiyyət yoxlamalarının təşkili və nəzarəti üzrə anlayış;
  • Texniki sənədlər, spesifikasiyalar, prosedurlar, iş təlimatları, yoxlama planları və keyfiyyət qeydləri ilə işləmək bacarığı;
  • Daxili auditlər, yoxlamalar, uyğunsuzluqların qeydiyyatı və icra intizamına nəzarət üzrə təcrübə;
  • İstehsalat, əməliyyat, texniki xidmət və digər aidiyyəti bölmələrlə effektiv koordinasiya qurmaq bacarığı;
  • Keyfiyyət göstəricilərinin təhlili, problemli sahələrin müəyyən edilməsi və yaxşılaşdırma tədbirlərinin hazırlanması üzrə bacarıq;
  • İşçi heyətinə keyfiyyət tələblərinin tətbiqi, sahədə nəzarətin təşkili və icra səviyyəsinin yüksəldilməsi üzrə liderlik bacarığı;
  • Güclü analitik düşüncə, qərarvermə, problem həll etmə və proseslərə sistemli yanaşma;

Tələblər

  • ISO və digər keyfiyyət idarəetmə sistemləri üzrə bilik və təcrübə;
  • Keyfiyyət auditləri, proses təkmilləşdirmə layihələri və standartlaşdırma işlərində iştirak təcrübəsi.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar