One Solution MMC

Keyfiyyətə nəzarət üzrə Mühəndis (tikinti sahəsi)

One Solution MMC
Ə/h razılaşma ilə
5927
Tam iş günü
Bakı, Azərbaycan
08/05/2026 - 22/05/2026

İş haqqında məlumat

  • Layihənin xüsusiyyətləri, təsvirləri, metodikası və Keyfiyyətə nəzarət planları / prosedurlarını hazırlamaq;
  • Tikinti sahəsində aparılan işlərin layihə tələblərinə, norma və standartlara uyğun olaraq həyata keçirilməsini təmin etmək və yerinə yetirilmiş işlərin qəbulunda iştirak etmək, növbəti işin başlanılmasına icazə vermək;
  • Mühəndis kommunikasiya sistemlərinin sınaqdan keçirilməsi və istifadəsi üzrə koordinasiya etmək və sənədləşdirməni aparmaq;
  • Tikinti üzrə iş ardıcıllıqlarını bilmək və müvafiq işlərin tamamlanması zamanı onların təhvil təslim prosesində yaxından iştirak etmək
  • Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək;
  • İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək;
  • İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi;
  • Tikinti sahələrində işlərinin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və periodik hesabatlar tərtib etmək;
  • İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq və uyğunsuzluq hesabatları açmaq.
  • Əməkhaqqı məbləği: Müsahibə əsasında.
  • Həftənin iş günləri: Həftədə 6 gün

Tələblər

  • Ali təhsil (uyğun sahədə üstünlükdür)
  • İş təcrübəsi: minimum 3-4 il;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
  • ISO standartları üzrə biliklər (üstünlükdür);
  • Yüksək təşkilatçılıq və planlama bacarığı;
  • Ünsiyyət və koordinasiya.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar