hrin.az
Reklam
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Ərəb dili müəllimi (Sosial Məzuniyyət əvəzi)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Əmək haqqı: Razılaşma

259018 noyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriOrta
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vakansiya: Ərəb dili müəllimi

İş yeri və iş qrafiki

  • Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151;
  • İş qrafiki: 5 iş günü, saat 08:00–16:30 (Bazar ertəsi – Cümə).

Namizədə aid tələblər

  • Ərəb dili, ərəb filologiyası, pedaqogika və ya müvafiq sahə üzrə bakalavr təhsili;
  • Ərəb dilini həm yazılı, həm də şifahi formada yüksək səviyyədə bilmək;
  • Ərəb dilinin tədrisi metodikası üzrə biliklərə malik olmaq;
  • Müəllimlik təcrübəsi, xüsusilə ibtidai sinif şagirdləri ilə iş təcrübəsi üstünlükdür;
  • Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun interaktiv və effektiv təlim metodlarından istifadə etmək bacarığı;
  • Sinfin idarə olunması və effektiv ünsiyyət bacarıqları;
  • Kahoot, Blooket, Wordwall və digər rəqəmsal təhsil platformalarından istifadə bacarığı;
  • Dərs planlarının və tədris materiallarının hazırlanması bacarığı;
  • Güclü təşkilatçılıq, məsuliyyətlilik və komandada işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri

  • 1–5-ci sinif şagirdlərinə yaş xüsusiyyətlərini, fərdi öyrənmə ehtiyaclarını və dil bilikləri səviyyələrini nəzərə alaraq ərəb dilini tədris etmək;
  • Şagirdlərdə ərəb əlifbasını tanıma, hərflərin yazılışı və düzgün tələffüzü, söz ehtiyatı və ilkin dil bacarıqlarını inkişaf etdirmək;
  • Şagirdlərin dinləmə, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək;
  • Dərslərdə interaktiv, yaradıcı və oyun əsaslı təlim metodlarından istifadə etmək;
  • Kahoot, Blooket, Wordwall və digər rəqəmsal təhsil platformalarını dərs prosesinə inteqrasiya etmək;
  • Şagirdləri ərəb dünyasının mədəniyyəti, ənənələri və gündəlik ünsiyyət qaydaları ilə tanış etmək;
  • Sinifdaxili fəaliyyətlər, tapşırıqlar və imtahanlar vasitəsilə şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək.

Şirkət tərəfindən təklif olunur

  • Rəqabətədavamlı əməkhaqqı;
  • Məktəbin yeməkxanasında nahar imkanı;
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma;
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı.
Reklam