Inlab LTD

ERP / Biznes Prosesləri üzrə Təcrübəçi

Inlab LTD
Ə/h razılaşma ilə
1348
Təcrübə
Bakı, Azərbaycan
10/12/2025 - 17/12/2025

İş haqqında məlumat

  • ERP sistemləri üzrə (Priority + Oracle) təlim materiallarının hazırlanmasına və yenilənməsinə dəstək vermək.
  • ERP funksionallıqları, yeniliklər və sənaye təcrübələri üzrə araşdırmalar aparmaq.
  • Baş məsləhətçilərlə birlikdə ERP sistemlərində ilkin konfiqurasiya və test proseslərində iştirak etmək.
  • Sistem testləri və validasiya proseslərindəki funksionallıqları sənədləşdirmək.
  • Müştəri üçün təkliflərin və ERP nümayişlərinin hazırlanmasında kömək göstərmək.
  • Inlab şirkətinin sosial media platformaları üçün ERP və biznes prosesləri mövzusunda maarifləndirici kontent hazırlamaq.

Qazanacaqlarınız:

  • Real yerli və beynəlxalq ERP layihələrində iştirak imkanı.
  • Təcrübəli mütəxəssislərlə və sənaye ekspertləri ilə əməkdaşlıq.
  • Peşəkar mühitdə texniki və yumşaq bacarıqların inkişafı.
  • Biznes proseslərinin başdan-sona qədər öyrənilməsi və ERP tətbiqetmə mərhələləri ilə tanışlıq.

Qeyd: 

  • Təcrübə proqramını uğurla tamamlayan namizədlər Inlab şirkətində əməkdaş kimi işə qəbul ediləcəklər.
  • Təcrübə uzunmüddətli nəzərdə tutulmuşdur. Qısa müddətli təcrübə axtaran şəxslərin müraciət etməməsi xahiş olunur.
  • Magistr tələbələri və yaxud bakalavrın son kursunda oxuyan namizədlərə üstünlük veriləcək.

Təcrübə Detalları:

  • Müddət: 3–6 ay
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:30–18:00
  • Məkan: Inlab Ltd. ofisi, Bakı, Azərbaycan
  • Təcrübə növü: Ödənişsiz

Tələblər

  • Biznes, İT, Menecment və ya əlaqəli sahə üzrə təhsil alan tələbə olmaq.
  • ERP sistemlərinə və rəqəmsal transformasiyaya maraq göstərmək.
  • Yaxşı ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarıqları.
  • Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) sərbəst işləmək bacarığı.
  • Ofisdə tam iş rejimində (full-time) işləmək imkanı.
  • İngilis dilində orta və ya yüksək səviyyədə bilik.

Müraciət: Uyğun namizədlər CV-lərini mövzu hissəsində “ERP / Biznes Prosesləri üzrə Təcrübəçi “ qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlavə məlumat və suallar üçün: 051 689 16 04


Oxşar vakansiyalar