Inlab LTD

ERP Developer üzrə Təcrübəçi

Inlab LTD
Ə/h razılaşma ilə
1471
Təcrübə
Bakı, Azərbaycan
10/12/2025 - 17/12/2025

İş haqqında məlumat

  • Priority ERP sisteminin texniki modullarında təlim materiallarının hazırlanmasına və yenilənməsinə dəstək vermək.
  • ERP sistemlərində sadə texniki konfiqurasiyaların və skriptlərin hazırlanmasında iştirak etmək.
  • SQL sorğularının yazılması, analiz edilməsi və optimallaşdırılmasına dəstək göstərmək.
  • İnterfeyslərin, inteqrasiyaların və daxili avtomatlaşdırma həllərinin hazırlanmasında senior developer-lərə kömək etmək.
  • ERP sistemlərində test ssenarilərinin qurulması, funksional və texniki testlərin aparılması.
  • Sistem səhvlərinin (bugs) araşdırılması, diaqnoz edilməsi və həll prosesinin sənədləşdirilməsi.
  • Məhsul inkişafı (feature development), API inteqrasiyaları və sorğu optimizasiyası kimi texniki mövzular üzrə araşdırmalar aparmaq.
  • Inlab şirkətinin texniki komandasının gündəlik iş proseslərində iştirak etmək və komanda işinə dəstək olmaq.

Qazanacaqlarınız:

  • Priority ERP sistemləri ilə real texniki təcrübə əldə etmək.
  • SQL, API, Priority SDK və ERP development sahəsində biliklərinizi praktiki şəkildə inkişaf etdirmək.
  • Yerli və beynəlxalq ERP layihələrində iştirak imkanı.
  • Təcrübəli proqramçılar və texniki ekspertlərlə birbaşa işləmək.
  • Texniki sənədləşmə, kod yazılışı, test prosesləri və inteqrasiya mövzularında praktiki bacarıqların inkişafı.
  • Gələcəkdə ERP developer, Texniki konsultant kimi karyera qurmaq üçün tələb olunan baza biliklərinin əldə edilməsi.

Qeyd: 

  • Təcrübə proqramını uğurla tamamlayan namizədlər Inlab şirkətində əməkdaş kimi işə qəbul ediləcəklər.
  • Təcrübə uzunmüddətli nəzərdə tutulmuşdur. Qısa müddətli təcrübə axtaran şəxslərin müraciət etməməsi xahiş olunur.
  • Magistr tələbələri və yaxud bakalavrın son kursunda oxuyan namizədlərə üstünlük veriləcək.

Təcrübə Detalları:

  • Müddət: 3–6 ay
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:30–18:00
  • Məkan: Inlab Ltd. ofisi, Bakı, Azərbaycan
  • Təcrübə növü: Ödənişsiz

Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Sistem Mühəndisliyi və ya əlaqəli sahə üzrə təhsil alan tələbə olmaq.
  • SQL, Python ve ya her hansi proqramlaşdırma dillərinə maraq və ilkin bilik.
  • REST /SOAP API
  • ERP sistemlərinə, biznes proseslərinə və texniki inkişaf sahəsinə yüksək maraq.
  • Analitik düşünmə və problem həll etmə bacarığı.
  • Yaxşı ünsiyyət, məsuliyyətlilik və komanda ilə işləmək qabiliyyəti.
  • Ofisdə tam iş rejimində işləmək imkanı.
  • İngilis dilində orta və ya yüksək səviyyədə bilik.

Müraciət:

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “ERP Developer üzrə Təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlavə məlumat və suallar üçün: 051 689 16 04


Oxşar vakansiyalar