SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Hadisələrin araşdırılması üzrə aparıcı mühəndis

SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
1086
Tam iş günü
Sumqayıt, Azərbaycan
23.10.2025 05:22 - 23.11.2025 12:00

İş haqqında məlumat

  • Hadisənin baş verməsinin birbaşa, dolayı və kök səbəblərini müəyyən etmək;
  • Kök səbəbi müəyyən etmək üçün avadanlığın dizaynını, əməliyyat prosedurlarını, insan faktorlarını və digər amilləri araşdırmaq;
  • Araşdırmanın nəticələrinə əsasən gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün tədbirlər, tövsiyələr və həll yolları hazırlamaq;
  • Tövsiyə olunan həlləri effektiv şəkildə həyata keçirmək məqsədilə aidiyyəti departamentlər daxil olmaqla çarpaz funksional komandalarla əməkdaşlıq etmək;
  • Bütün hadisələrin və yankeçmə hallarının araşdırılmasının müvafiq normativ tələblərə, sənaye standartlarına və şirkət siyasətləri ilə prosedurlarına uyğun olmasını təmin etmək;
  • Qəza, insident və yankeçmə hallarının araşdırılmasını təşkil etmək və koordinasiya etmək;
  • Hadisə araşdırma hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Kök səbəb təhlili metodlarını (5 Niyə, Balıq Sümüyü, Fault Tree və s.) tətbiq etmək;
  • Araşdırma nəticəsində müəyyən edilən düzəldici və qabaqlayıcı tədbirlərin icrasına nəzarət etmək;
  • Hadisələrdən öyrənilmiş dərslərin şirkət daxilində paylaşılmasını təmin etmək;
  • Rəhbərliyə və müvafiq dövlət qurumlarına hadisə hesabatlarını təqdim etmək;
  • Hadisə araşdırılması üzrə beynəlxalq standartlar və yerli qanunvericilik tələblərini izləmək və tətbiqini təmin etmək;
  • İşçilərə hadisə araşdırılması və öyrənilmiş dərslərlə bağlı maarifləndirmə aparmaq;
  • Şirkətin HSE idarəetmə sistemi (ISO 45001 və s.) çərçivəsində davamlı inkişaf prosesinə dəstək vermək.

Tələblər

  • Neft və Neft-Kimya Sənayesində 8 il təcrübə (hadisə/qəza analitiki kimi 3-5 il daxil olmaqla);
  • İri və orta səviyyəli neft emalı sənaye hadisələrinin tədqiqi üzrə təcrübəyə malik olmaq ;
  • Müxtəlif heyətlə və komandalarda səmərəli işləmək, təklifləri və hesabatları nəzərdən keçirmək və hazırlamaq, yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Hadisə araşdırılması zamanı güclü kommunikasiya, müsahibələrin aparılması və lazımi məlumatların toplanması bacarığı.


Oxşar vakansiyalar