SOCAR DOWNSTREAM MANAGEMENT LLC

SƏTƏMM Təlimçisi

SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
831
Tam iş günü
Sumqayıt, Azərbaycan
23.10.2025 04:31 - 23.11.2025 12:00

İş haqqında məlumat

  • Keçiriləcək müvafiq təlim və təlimatlar barədə aidiyyəti üzrə işçi heyətinin müvafiq qaydada məlumatlandırılmasını təmin etmək;
  • Vizuallar, praktiki nümunələr və interaktiv üsullardan istifadə edərək təlimlərin daha təsirli və yadda qalan formada çatdırılması;
  • İllik və aylıq təlim planlarının hazırlanması, təlim cədvəllərinin tərtibi və icrasının effektiv şəkildə təşkili;
  • Təlimlərin nəticələrinin qiymətləndirilməsi, iştirakçı performansının analizi və hesabatların hazırlanması;
  • Fəaliyyət göstəricilərinə əsaslanaraq SƏTƏMM təlimlərinin keyfiyyətinin və effektivliyinin artırılması istiqamətində təşəbbüslərin verilməsi;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə təlim proqramının hazırlanması və icrasını təmin etmək;
  • Keçirilən təlimlər barədə müvafiq təlim materiallarını eləcə də, test suallarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • Keçirilmiş müvafiq təlimlər ilə bağlı elektron və yazılı məlumat bazasının yaradılması və bu məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahəsi üzrə təlim proqramına uyğun olaraq keçirilmiş təlimlərin effektliliyini səlahiyyətləri çərçivəsində yoxlamaq;
  • Müxtəlif auditoriyalara uyğun təlim metodlarının seçilməsi və tətbiqi;
  • Təlim proqramları, təqdimatlar, təlim materialları, təlimat kitabçaları hazırlamaq və yeniləmək;
  • Təlimlərin nəticələrinə əsasən biliklərin qiymətləndirilməsi üçün testlər, imtahanlar təşkil etmək;
  • Təlimlərin keçirilməsi və nəticələri ilə bağlı jurnalları, protokolları və hesabatları aparmaq;
  • Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi üzrə giriş təlimatını keçmək;
  • Qəza, hadisə və insidentlərdən sonra öyrənilmiş dərslərə əsasən əlavə təlimlərin keçirilməsini təmin etmək;
  • Təlim prosesində interaktiv üsullardan, praktiki məşqlərdən istifadə edərək işçilərin təhlükəsizlik mədəniyyətini inkişaf etdirmək;
  • Əməkdaşların əməyin təhlükəsizlik qaydalarına dair biliklərinin mütəmadi artırılmasına dəstək göstərmək.

Tələblər

  • SƏTƏMM təlimçisi kimi ən azı 3 il iş təcrübəsi;
  • Müvafiq qanunvericilik aktları və normativ sənədlər üzrə dərin bilik;
  • Təlim metodologiyaları barədə nəzəri və praktiki biliklər;
  • Beynəlxalq təlim standartları haqqında məlumatlılıq və praktiki təcrübə;
  • Müxtəlif təlim metodlarının tətbiqi üzrə bilik və təcrübə;
  • Auditoriya ilə effektiv işləmə bacarığı;
  • İştirakçılarla ünsiyyət zamanı dəqiq, aydın və qısa kommunikasiya bacarığı;
  • Heyətin təlim ehtiyaclarının qiymətləndirilməsi və nəticələrinin ölçülməsi bacarığı.


Oxşar vakansiyalar