

169305 noyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriOrta
TəhsilBakalavr
Azərbaycan diliƏla
Rus diliYoxdur
İngilis diliYaxşı
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriOrta
TəhsilBakalavr
Azərbaycan diliƏla
Rus diliYoxdur
İngilis diliYaxşı
İş haqqında
Şöbə: Hazır Beton Məhsulları
İş vaxtı: Tam
Əsas vəzifələr:
- Bütün sahə əməliyyatlarını, o cümlədən istehsalat, texniki xidmət, avadanlıqlardan səmərəli istifadə, işçilərin və podratçıların fəaliyyətini əlaqələndirir və koordinasiya edir.
- Lider kimi, nümunə olaraq təhlükəsizlik mədəniyyətini təşviq edir, bütün əmək fəaliyyətini təhlükəsizlik siyasət və prosedurlarına müvafiq həyata keçirir.
- Zavodla əlaqəli prosesləri nəzərdən keçirir və yaxşılaşdırılması təkliflərini verir.
- Zavodun səmərəliliyi və məhsuldarlığını saxlamaq məqsədilə avadanlıqlara nəzarət edir və tövsiyələr verir.
- Zavodda müqavilə əsasında fəaliyyət göstərən podratçıların fəaliyyətinə nəzarət edir və işin keyfiyyətinə, resurslardan səmərəli istifadəyə və müəyyən olunmuş vaxta müvafiqliyinə cavabdehlik daşıyır.
- İstehsal planına müvafiq olaraq, müştərinin nümayəndəsi ilə gündəlik əlaqə saxlayır və betonun miqdarı, vaxtı və yerini təsdiq edir. Beton üzrə Zavod Menecerini bütün dəyişikliklər haqqında məlumatlandırır.
- Paylanma planına uyğun olaraq məhsulun təyin olunmuş tikinti sahəsinə çatdırılmasına nəzarət edir.
- Beton zavodunda işləyən bütün işçilərə iş vaxtı haqqında məlumatların verilməsinə cavabdehdir.
- Əmlakın saxlanması və idarəolunmasına cavabdehlik daşıyır.
- Zavod işçilərinin, texniki xidmət, istehsal və paylama ilə məşğul olan içilərin idarəolunmasına cavabdehlik daşıyır.
- Təlim tələblərinin yenilənməsi və tələb olunan kimi təklif olunmasını təmin edir.
- İstehsal materiallarının bölüşdürülməsinə nəzarət edir.
- Xərclərə nəzarət və istehsal tələbinə müvafiq olaraq zavodla bağlı bütün təmir və texniki xidmətin planlaşdırılmasını həyata keçirir.
- Zavodla əlaqəli ekoloji aspektləri və problemləri şərh edir və onlara nəzarət edir.
- Bütün lazım olan xam materialların inventarizasiyasını aparır.
- Ayın yekunu üçün inventar və fərqlilik haqqında hesabatlar hazırlayır.
- Hər ayın sonunda maliyyə icmalına nəzər salır.
- Qarşıda duran və mövcud tələb və narahatlıqları müzakirə etmək üçün aktiv layihələrin müştəriləri ilə əlaqə saxlayır.
- Çatdırılmanı həyata keçirən əməkdaşların müştəri ərazisindəki fəaliyyətinə nəzarət edir.
- Hadisələrin araşdırılmasını təşkil edir və hesabat verir.
- Zavod məhsulunun tələb olunan keyfiyyətdə olmasını təmin edir.
- Xammalın keyfiyyət spesifikasiyası daxilində olmasına nəzarət edir.
- Təhlükəsizlik tədbirlərinin davamlı təkmilləşdirilməsini təmin edir və onların müəyyən edilmiş standartlara uyğunluğuna nəzarət edir.
- Əməliyyatların müəyyən edilmiş əsas fəaliyyət göstəricilərinə (ƏFG) uyğunluğuna nəzarət edir.
Bacarıq və Kvalifikasiyalar:
- İnşaat, mühəndislik və ya müvafiq sahədə Ali təhsil;
- Tikinti sahəsi üzrə işçi qüvvələrinin idarəolunmasında iş təcrübəsi;
- Hazır beton məhsulları sahəsində bilik və minimum 3 il təcrübə;
- MS Office tətbiqi;
- Detallara diqqətlə yanaşmaq;
- Azərbaycan dili – sərbəst, İngilis dili biliyi üstünlükdür.


.jpg)
.jpg)
