Bakı,
Azərbaycan
01/05/2026
-
15/05/2026
İş haqqında məlumat
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Helpdesk.
- Şirkətdə istifadə olunan avadanlıqların işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görür;
- Qəbul olunmuş tələbləri qeydiyyatdan keçirir, onların təhlilini aparır və departamentinin səlahiyyətli əməkdaşlarını məlumatlandırır;
- İşçi stansiyalarının və şirkətin sistemlərinin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında yuxarı rəhbərə vaxtında yazılı şəkildə məlumat verir;
- İşçi stansiyalarının və cavabdeh olduğu sistemlərin təhlükəsizliyini təmin edir.
Tələblər
- Ali təhsil (üstünlük texniki ixtisas);
- İT sahəsində ən azı 1 illik iş təcrübəsi;
- Windows əməliyyat sistemlərinə dair biliklər və işləmək bacarığı;
- Şirkətin fəaliyyətində istifadə olunan sistemlərin quruluş və iş prinsiplərinin bilikləri;
- Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti;
- Azərbaycan və rus dili sərbəst, İngilis dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması).
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.