Azərbaycan Respublikası Dövlət Neft Fondu

Hesablaşmalar departamentinin mütəxəssisi

Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ə/h razılaşma ilə
621
Tam iş günü
Bakı, Azərbaycan
30.09.2025 05:29 - 30.10.2025 12:00

İş haqqında məlumat

  • İnvestisiya portfelinin daxili idarəetmədə olan aktivləri üzrə bağlanmış əqdlərin verifikasiyası və hesablaşmasını həyata keçirmək;
  • Xarici menecerin idarəetməsində olan portfellər üzrə əməliyyatların uçotunu aparmaq;
  • Müxbir və kastodial bankların, likvid fondların və törəmə şirkətlərin hesab qalıqlarını, kastodial banklardakı mövqeləri və onların bazar dəyərini tutuşdurmaq, uyğunsuzluqları aradan qaldırmaq;
  • İnvestisiya uçotu üzrə müfəssəl hesabatlar hazırlamaq və müvafiq struktur bölmələrə təqdim etmək;
  • Fondun daxili siyasət və prosedurlarına, eləcə də yerli və beynəlxalq maliyyə tənzimləmələrinə uyğun fəaliyyət göstərmək.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya müvafiq sahələr üzrə bakalavr dərəcəsi;
  • Bank əməliyyatları, mühasibatlıq və ya maliyyə sahəsində 1-2 il iş təcrübəsi. (Yüksək akademik nailiyyətləri olan yeni məzunlar da müraciət edə bilərlər);
  • Microsoft Office proqramları, xüsusilə Excel (Pivot Table) və PowerPoint üzrə yüksək səviyyəli biliklər;
  • İngilis dilini (yazılı və şifahi) səlis səviyyədə bilmək;
  • SWIFT sistemi üzrə biliklər arzuolunandır.


Oxşar vakansiyalar