

İnvestisiya departamentinin baş təhlilçisi
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ə/h razılaşma ilə
552
Tam iş günü
Bakı,
Azərbaycan
30.09.2025 05:27
-
30.10.2025 11:55
İş haqqında məlumat
- İnvestisiya imkanları üzrə kompleks maliyyə təhlili, bazar araşdırması və risk qiymətləndirilməsini aparmaq;
- Maliyyə modelləri qurmaq, nağd pul axınlarını proqnozlaşdırmaq, həssaslıq və ssenari təhlilləri aparmaq;
- İnvestisiya memorandumları və rəhbərliyə təqdimatlar hazırlamaq, İnvestisiya Komitəsi üçün materiallar tərtib etmək və strategiyaya uyğun təsdiq edilmiş investisiya planlarını icra etmək;
- Portfeli illik və dövri əsasda təhlil etmək, saxlama/satma qərarlarına dair təkliflər vermək;
- Portfelin daimi monitorinqini aparmaq, performansı qiymətləndirmək və uyğunlaşmanı təmin etmək;
- Yeni investisiya imkanlarının müəyyənləşdirilməsi və analitik təhlili üçün rəhbərliyin sorğularını cavablandırmaq;
- Maliyyə bazarları və sektorlar üzrə iqtisadi və institusional trendləri izləmək, uyğun təkliflər hazırlamaq;
- Yerli qanunvericiliyə uyğunluğun təmin olunması və prosedurların riayət edilməsinə nəzarət;
- Tərəfdaşlarla və maliyyə institutları ilə əlaqələrin qurulması və qorunmasını təmin etmək;
- İnvestisiya ilə bağlı fəaliyyətlərdə digər struktur bölmələrlə sıx əməkdaşlıq etmək.
Tələblər
- Maliyyə, iqtisadiyyat, riyaziyyat, biznesin idarə olunması və ya əlaqəli sahədə bakalavr dərəcəsi (magistr dərəcəsi üstünlükdür);
- 4 ildən artıq korporativ maliyyə, M&A, investisiya analizi və ya oxşar sahələrdə iş təcrübəsi;
- Maliyyə modelləri qurmaq və maliyyə-statistik analizlər aparmaq üzrə yüksək bacarıq (MS Excel daxil olmaqla);
- Güclü analitik düşüncə, nəticə yönümlü yanaşma və strateji təqdimat bacarığı;
- Azərbaycan və ingilis dillərində yüksək səviyyəli yazılı və şifahi ünsiyyət bacarığı;
- CFA, ACCA və digər müvafiq beynəlxalq maliyyə sertifikatlarına malik olmaq üstünlükdür.