Bakı,
Azərbaycan
08/04/2026
-
22/04/2026
İş haqqında məlumat
- Qonaqları səmimiyyətlə qarşılamaq, mehriban və qonaqpərvər atmosferi təmin etmək;
- Rezervasiyaları idarə etmək, qonaqlardan xüsusi istəklərinin olub-olmaması haqqında məlumat almaq, rezervasiyalarla bağlı restoranın xidmət və mətbəx heyətinə vaxtında məlumat bildirmək;
- Böyük qruplar və ya xüsusi tədbirlər üçün rezervasiyaların planlaşdırılmasını və təşkilini təmin etmək,
- Qonaqları masalara yönləndirmək, onlara menyular, xüsusi təkliflər və ya menyu dəyişiklikləri barədə məlumatlar təqdim etmək;
- Qida və içki menyularını dəqiq bilmək, ehtiyac halında qonaqlara bununla bağlı əhatəli məlumat vermək;
- Qonaqların qida və xidmətdən məmnunluğunu ölçmək məqsədi ilə onlarla ünsiyyət qurmaq, şikayətləri idarə etmək və problemləri vaxtında və peşəkar şəkildə həll etmək;
Tələblər
- Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
- Əla ünsiyyət qurma və güclü təşkilatçılıq bacarığı;
- Dinləmə mədəniyyəti, etik davranış qaydalarına sahib olmaq;
- Komandada işləmək bacarığı;
- Gülərüz, peşəkar görünüş və davranış nümayiş etdirmək;
- Rus və ingilis dili biliklərinin olması;
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.