Arzum Beauty House

HR / İnsan resursları Mütəxəssisi

Arzum Beauty House
800 - 1200 ₼
1131
Tam iş günü
Bakı, Azərbaycan
18.08.2025 12:05 - 18.09.2025 12:00

İş haqqında məlumat

  • Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşmənin aparılması, 1C proqramında və e-hökumət portallarında müvafiq əməliyyatları icra etmək;
  • Heyətin şəxsi işlərini formalaşdırmaq, sənədlərin kağız və rəqəmsal daşıyıcılarda (1C) toplanıb saxlanmasını təmin etmək;
  • İşçilərin anket məlumatlarının (staj, imtiyaz, ailə tərkibi, əlillik, hərbi xidmət  və s.) uçotunu aparmaq və bu məlumatlara uyğun qanunvericiliyin tələblərini yerinə yetirmək;
  • Məzuniyyətlərin uçotunu aparmaq, işçilərin vaxtı-vaxtında məzuniyyətə çıxmasına nəzarət etmək. Əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyət əmrlərinin işləmək, müvafiq sənədləşməni və 1C proqramında əməliyyatları icra etmək; 
  • Səlahiyyətli şəxslə razılaşdırıb vakansiya elanlarını hazırlamaq, yerləşdirmək;
  • Namizədlərin seçimini, müsahibələri təşkil etmək;
  • Seçilmiş namizədlərə iş təkliflərini, vəzifə təlimatlarını hazırlayıb təqdim etmək.
  • Adaptasiya mərhələlərini təşkil və icrasına nəzarət etmək (Onboarding – sınaq dövrünün yekunlaşması).
  • Davamiyyətin qeydiyyatını və aylıq tabelləri hazırlamaq (1C proqramında icra etmək, sənədləşməni təmin etmək), heyətin nizam-intizamına nəzarət.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 gün, 09:00 –dan 18:00-dək.
  • İş yeri: Azure Business Center.

Tələblər

  • İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
  • İnsan resursları sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin (xüsusən Əmək qanunvericiliyinin) tələblərini bilmək və tətbiq etmək;
  • İnsan resursları sahəsində sənədləşmə işlərinin aparılmasını müvafiq təlimatların tələblərinə uyğun təmin etmək;
  • Əmək haqqının hesablanması qaydaları və normalarını bilmək (1C 8.3 – İnsan resursları prosedurları və əmək haqqı hesablanması) və tətbiq etmək;
  • MS Office proqramlarından (xüsusilə Word, Excel) sərbəst istifadə;
  • Azərbaycan, İngilis, Rus dili (səlis, işgüzar, yazılı və şifahi ünsiyyət).

Şəxsi keyfiyyətləri:

  • Analitik düşüncə, məsuliyyət, intizam, dəqiqlik, çeviklik;
  • Adaptiv ünsiyyət, stresə davamlılıq, həll yönümlü qərar verə bilmək bacarığı;
  • Prioritetləşdirmə, vaxtın planlanması;
  • Komandada effektiv işləmək bacarığı;
  • Müvafiq sahədə ixtisaslaşma, inkişaf etmək.


Oxşar vakansiyalar