TABİA Group

İnsan resursları üzrə Baş Mütəxəssis

TABİA Group
Ə/h razılaşma ilə
2757
Tam iş günü
Yevlax, Azərbaycan
31.07.2025 23:57 - 31.08.2025 12:00

İş haqqında məlumat

  • İşçilərin qanunvericiliklə və şirkət tərəfindən tələb olunan sənədlərini qəbul etmək; 
  • Xarici vətəndaşların viza, miqrasiya ilə bağlı prosedurlarını həyata keçirmək;
  • Müəssisənin strukturunu yaratmaq, daxili dəyişikliklər baş verdikdə onu yeniləmək;
  • ƏMAS və ERP sistemə tələb olunan məlumatları daxil etmək;
  • Yeni işə başlayan işçiləri ilkin təlimatla tanış etmək və tələb olunan sənədləri təqdim edərək imzalatmaq;
  • Şöbələr tərəfindən təqdim olunan iş cədvəllərinin ilkin yoxlanışını aparmaq və yanlışlıqlar olduqda dərhal şöbəni məlumatlandırmaq;
  • Təsadüfi yoxlamalar apararaq iş prosesinə nəzarət etmək;
  • İşçilərə aid olan normativ, metodik və digər rəhbər materialları tərtib etmək, qaydasında saxlamaq;
  • İR şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsi;
  • İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyə riayət etmək;
  • İşçilərin ixtisas və peşəkarlığının artırılması işini həyata keçirmək;
  • Şəxsi işlərin aparılması və məxfiliyin qorunması, sosial müavinatların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməsi;
  • İşçi hərəkətlərinin uçot metodlarını həyata keçirmək;
  • Həmkarlarla normal iş münasibətlərini qoruyub saxlamaq və bərabərlik prinsipinə əməl etmək.
  • Müəssisənin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək;
  • Çevik olmaq və iş səlahiyyətləri çərçivəsində verilən göstərişlərə əsasən, digər müvafiq öhdəlik və vəzifələri yerinə yetirmək üçün öz vəzifə öhdəliklərini genişləndirmək, o cümlədən tələb olunduğu hallarda, digər şöbələrə və sahələrə keçmək, biznes ehtiyacları və qonaqlara xidmətlərin göstərilməsi ilə bağlı tələblərə cavab vermək.
  • Tələb olunduqda, təlim sessiyaları və toplantıları aparmaq.
  • İşə qəbul prosesini aparmaq, seçim fəaliyyətlərinə nəzarət etmək, proses boyu müvafiq şöbə rəhbərləri ilə işləmək;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ nömrə və danışıq paketi;
  • Tibbi sığorta;
  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: Şənbə və Bazar günü;
  • İşəgötürən: “Yevlakh City Hotel”  MMC /TABIA GROUP MMC;
  • Ünvan: Yevlax şəhəri.

Tələblər

  • Ali təhsil;
  • Təcrübə: Minimum 3 il (müvafiq sahə üzrə);
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri; 
  • MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar;
  • 1C, ERP və Visio proqram təminatlarında işləmək bacarığı;
  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya İngilis dili – yaxşı səviyyədə;
  • Diqqətlilik;
  • İntizamlılıq;
  • Yüksək kommunikasiya;
  • Yenilikçi və proaktiv yanaşma;
  • Komanda işi;
  • Keyfiyyət yönümlülük;
  • Məqsəd yönümlülük;
  • Nəticə yönümlülük;
  • Araşdırma, təhlil, müqayisə və qərar vermək;


Oxşar vakansiyalar