Gemza Group

Hüquqşünas

Gemza Group
Ə/h razılaşma ilə
1366
Tam iş günü
Bakı, Azərbaycan
11.06.2025 20:01 - 11.07.2025 12:00

İş haqqında məlumat

  • Qüvvədə olan qanunvericilikdə dəyişikliklər edilməsi nəticəsində Cəmiyyətin idarəetmə orqanlarının qərarlarının, daxili prosedurların, qaydaların, müqavilələrin dəyişdirilməsi və ya xitam edilməsi barədə təkliflər hazırlayır;
  • Hüquqi ekspertiza üçün daxil olan prosedurların, qaydaların müqavilələrin layihələrinə rəy verir, dəyişikliklər edilməsi barədə təkliflər verir;
  • Şirkətin satınalma fəaliyyətinin qanunvericilik tələblərinə müvafiq  təlimat, qayda və prosedurların layihəsinin hazırlanmasında iştirak edir və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
  • Qərar, əmr, sərəncam, müqavilə, məktub və digər hüquqi akt və sənəd layihələrinə qanunvericiliyin və daxili normativ sənədlərin tələbinə uyğun şəkildə baxmaq, həmin layihələrə münasibət bildirmək;
  • Struktur bölmələrindən daxil olmuş müraciətlər əsasında mülki-hüquqi müqavilə layihələrinin hazırlanmasını təmin etmək; 
  • Müqavilə bağlanılması nəzərdə tutulan kontragentlərin təsis sənədlərinin və müqavilənin bağlanması üçün əhəmiyyətli ola biləcək digər sənədlərin yoxlanılmasını təmin edir;
  • Müqavilələrin və müqavilələrə aid olan bütün növ sənədlərin elektron vəziyyətdə arxivləşməsi və xronoloji vəziyyətdə kağız formatda saxlanması, mühafizəsi;
  • Cəmiyyətin idarəetmə orqanlarının qərarlarının, daxili prosedurların, qaydaların, müqavilələrin tərtibi zamanı nəzərə alınması üçün qanunvericilikdə baş verən dəyişikliklərə dair Cəmiyyətin struktur bölmələrini məlumatlandırır və bu dəyişikliklərin əsas mahiyyətini izah edir;
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində digər funksiyaları yerinə yetirmək.

Tələblər

  • Ali hüquq təhsili (Magistr təhsilinin olması üstünlükdür);
  • Müvafiq sahə üzrə 3 -5 il iş təcrübəsi (istehsalat,satınalma sahəsində təcrübə üstünlükdür);
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri səlis.


Oxşar vakansiyalar