Bakı,
Azərbaycan
01.10.2025 03:38
-
01.11.2025 12:00
İş haqqında məlumat
- Fərqli sahələr üzrə müxtəlif növ müqavilələr (daxili və xarici satınalma, logistika, nəqliyyat) hazırlanması, müqavilə layihələrinə hüquqi rəy və təkliflər verilməsi, müqavilə danışıqlarında iştirak etmək;
- Hüquqi məsələlər ilə bağlı məktub, ərizə və şikayətlərin hazırlanması;
- Şirkətin dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında təmsil edilməsi, hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsi;
- Şirkətin tərəf kimi iştirak etdiyi birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində, icra işlərində nümayəndə kimi iştirak edilməsi, məhkəmə sənədlərinin hazırlanması;
- Əmək haqqı razılaşma yolu ilə müəyyən edilir.
Uyğun namizədlərin CV’lərini qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Ali hüquq təhsili olmalı;
- Korporativ hüquq sahəsi üzrə minimum 3 (üç) il (tikinti, kommersiya müqavilələri və ya mübahisələrin həlli sahəsində təcrübə üstünlükdür) iş təcrübəsinə malik olmalı;
- Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilməli(ən az b2);
- Beynəlxalq müqavilələrin hazırlanması, icmalı və təhlili üzrə bilik və bacarıq;
- FIDIC şərtləri və digər beynəlxalq müqavilə standartları üzrə baza bilikləri;
- Dövlət satınalmaları və tender prosesləri, həmçinin tender müraciətləri ilə bağlı sənədləşmələrin aparılması üzrə məlumatlılıq, Kommersiya xarakterli məhkəmə proseslərində sənədləşmə və iştirak təcrübəsi;
- Microsoft Office (Word, Excell, Outlook və s.) proqramlarını və peşəkar istifadəçi səviyyəsində bilməli.