EuroClima MMC

HVAC (Havalandırma, İsitmə və Soyutma) sistemləri üzrə mühəndis

EuroClima MMC
Ə/h razılaşma ilə
1770
Tam iş günü
Bakı, Azərbaycan
24/02/2026 - 10/03/2026

İş haqqında məlumat

  • Havalandırma, isitmə - soyutma və su kanalizasya sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
  • Bina və obyektlərdə havalandırma, isitmə və soyutma sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
  • İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları aparmaq;
  • Avadanlıqların seçilməsi, avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini aparmaq;
  • Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata keçirmək;
  • Layihələşdirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
  • Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
  • Müxtəlif təyinatlı tikili və təmir işlərinin HVAC cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
  • Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
  • İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə təmin etmək;
  • Təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata keçirmək;
  • Faktiki işlərin gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və həmin düzəlişlər barədə aidiyyəti şöbələrə məlumat vermək;
  • Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
  • Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək və layihə üçün vaxt planının müəyyən edilməsi;
  • Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək, layihəni müdafiə etmək;
  • Ümumi layihələrə aid sənədlərin ayıq (hər ayın əvvəli) tərtib edilməsi (Forma 2, Smeta və.s);
  • Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.

ŞƏRTLƏR:

  • Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K;
  • İş rejimi:  6 günlük iş həftəsi;
  • Korporatov nömrə;
  • Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək-yüksıkdir;

Tələblər

  • HVAC mühəndisi ixtisası üzrə ali təhsil; ( Kommunikasiya sistemləri mühəndisliyi,  İstilik, Ventilyasiya,  Kondisionerləşdirmə və Santexnika)
  • MS office və AutoCAD proqramlarını əla səviyyədə bilməli;
  • Sahə üzrə minimum 3-5 il təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili yaxşı səviyyədə;
  • VRF (VRV), Çiller, Qazanxana və havalandırma və santexnika sistemləri üzrə biliklərin olması;
  • Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq;

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar