HVAC Project Expert/Manager/ İHS üzrə Layihə Eksperti/Meneceri
Azerbaijan SuperMarket
Ə/h razılaşma ilə
1689
Tam iş günü
Bakı,
Azərbaycan
17/02/2026
-
03/03/2026
İş haqqında məlumat
Enerji Qənaəti Layihələrinin İdarə Edilməsi:
- İHS sistemlərində elektrik enerjisi sərfiyyatını azaltmaq üçün layihələrin hazırlanması
- Mağaza şəbəkəsi üzrə modernləşdirmə layihələrinin planlaşdırılması və əlaqələndirilməsi
- Layihələrin həcmini, cədvəlini və büdcəsini müəyyən etmək
- Layihələrin konsepsiyadan icraya qədər tam idarə olunması
- Eyni anda bir neçə layihənin idarə olunması
- Layihələrin gedişi və nəticələri barədə rəhbərliyə hesabat vermək
- Layihələrin investisiyadan gəlir (ROI) və geriödəmə müddətini hesablamaq
Təchizatçılarla Əməkdaşlıq və Texniki Nəzarət:
- İHS həlləri üçün texniki spesifikasiyaların hazırlanması
- Təchizatçı təkliflərinin qiymətləndirilməsində Təchizat şöbəsi ilə əməkdaşlıq
- Xarici şirkətlərin layihə inkişafına nəzarət
- Layihə sənədlərinin qənaət hədəflərinə uyğunluğunun yoxlanması
- Təchizatçılarla danışıqlarda texniki dəstək
- Əsas texnologiya təchizatçıları ilə münasibətlərin idarə olunması
Test və İcra:
- Yeni həllərin pilot sınaqlarının planlaşdırılması və əlaqələndirilməsi
- Tətbiq olunan həllərin effektivliyinin ölçülməsi və təhlili
- Mağazalarda tətbiqlərə nəzarət
- Gözlənilən enerji qənaətinin təsdiqi
- İcra zamanı texniki problemlərin həlli
- Mağaza personalının yeni sistemlər üzrə təlimi (lazım olduqda)
Təchizat Dəstəyi və Büdcələşdirmə:
- İHS texnologiyalarının alınması prosesində Təchizat şöbəsi ilə əməkdaşlıq
- Layihə büdcələrinin və iqtisadi təhlillərin hazırlanması
- Daimi Xərclərinin analizi və həlli
- Texniki təkliflərin qiymətləndirilməsində texniki dəstək
- Satınalma qərarları üçün texniki tövsiyələr
Standartlaşdırma və Optimallaşdırma:
- Mağazalarda İHS sistemləri üçün texniki standartların hazırlanması
- Şəbəkə üzrə mövcud quraşdırmaların analizi və optimallaşdırılması
- Yeni obyektlər üçün dizayn qaydalarının hazırlanması
- Bazar təcrübələrinin və qabaqcıl həllərin müqayisəsi
- İcra nəticələrinə və texnologiyaların inkişafına əsasən standartların yenilənməsi
- Texniki biliklərin və əldə olunan təcrübənin sənədləşdirilməsi
Analiz və Hesabatlılıq:
- Mağazalarda enerji sərfiyyatının monitorinqi və təhlili
- Ən yüksək qənaət potensialı olan yerlərin müəyyən edilməsi
- Layihələrin iqtisadi təhlillərinin hazırlanması
- Enerji səmərəliliyi göstəricilərinin (KPI) hesabatı
- Layihə nəticələrinin rəhbərliyə təqdimatı
İş şəraiti
- Şirkətin baş ofisində ofis işi
- Mağazalara mütəmadi ziyarətlər (audit, icra nəzarəti)
- Layihələrin tələblərinə uyğun çevik iş qrafiki
- Kompüterlə iş (məlumat analizi, sənədlərin hazırlanması)
- Təchizatçılar və podratçılarla görüşlər (ofis, mağazalar, baş ofis)
- Təchizat, Tikinti, Obyekt İdarəetməsi, Maliyyə şöbələri ilə əməkdaşlıq
Tələblər
- Ali texniki təhsil: enerji, avtomatlaşdırma, soyutma, tikinti quraşdırmaları və ya əlaqəli sahələr
- Soyutma və havalandırma sistemləri ilə işdə minimum 3–5 il təcrübə
- Texniki və ya modernləşdirmə layihələrinin həyata keçirilməsində təcrübə
- Soyutma və havalandırma sistemləri haqqında çox yaxşı bilik (aqreqatlar, çillerlər, istilik nasosları, DX sistemləri)
- İHS sistemlərində enerji səmərəliliyi texnologiyaları haqqında bilik
- Layihə sənədlərini oxuma və yoxlama bacarığı
- Layihələrin iqtisadi analizinin (ROI, geriödəmə müddəti) aparılması bacarığı
- Enerji məlumatlarını təhlil etmək və qənaət potensialını müəyyən etmək bacarığı
- MS Excel, MS Project və oxşar alətlərlə işləmə bacarığı
- Təqdimatlar və hesabatlar hazırlamaq bacarığı
- Müstəqillik, təşəbbüskarlıq və qənaət həlləri tapmaqda proaktivlik
- Motivasiya və işləməyə həvəs
Yümşaq vərdişlər
- Güclü layihə idarəçiliyi və təşkilatçılıq bacarıqları
- Analitik düşüncə və strateji baxış
- Əla ünsiyyət və təqdimat bacarığı
- Təchizatçılarla danışıqlar aparmaq və münasibət qurmaq bacarığı
- Qətiyyət və razılaşmaların icrasını təmin etmə bacarığı
- Qənaət imkanlarını müəyyən etməkdə müstəqillik və təşəbbüskarlıq
- Nəticə və ROI yönümlülük
- Zaman təzyiqi və paralel layihələr altında işləmək bacarığı
- Biznes əsaslandırmalarını təqdim etmək və inandırmaq bacarığı
- Fərqli şöbələrlə (Satınalma, Maliyyə, Əməliyyat) əməkdaşlıq bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.