Alutech

HVAC Mühəndisi / Usta

Alutech
Ə/h razılaşma ilə
2730
Tam iş günü
Bakı, Azərbaycan
10/02/2026 - 24/02/2026

İş haqqında məlumat

  • HVAC (isitmə, havalandırma və kondisionerləşdirmə) sistemləri üzrə texniki xidmət, diaqnostika və təmir işlərinin yerində həyata keçirilməsi
  • Çiller, VRF/VRV, split, rooftop, AHU, fan-coil və digər HVAC sistemlərində praktik işləmək
  • Mexaniki və elektron nasazlıqların aşkarlanması, kompüter diaqnostikasının aparılması
  • Avadanlıqların sazlanması, işə salınması (commissioning) və test edilməsi
  • Ehtiyat hissələrini (sensorlar, platalar, kontaktorlar, klapanlar, kompressor hissələri və s.) tanıması və onların düzgün seçilməsi
  • Obyektlərdə görülən işlərin texniki tələblərə uyğun və səliqəli icrasının təmin edilməsi
  • Texniki təhlükəsizlik və istismar qaydalarına riayət edilməsi
  • Görülən işlər üzrə qısa texniki hesabatların təqdim edilməsi

İş şəraiti

  • İş yeri: Bakı
  • İş qrafiki: Tam ştat (6 gün iş / 1 gün istirahət)
  • Əmək haqqı: Müsahibə əsasında (təcrübə və bacarıqlara görə)

Biz təklif edirik:

  • Stabil və uzunmüddətli iş
  • Sənaye və kommersiya obyektlərində real praktik layihələr
  • Peşəkar və texniki mühit
  • Təcrübə və performansa əsaslanan əlavə gəlir imkanı

Tələblər

  • HVAC sahəsində real praktik təcrübə (usta səviyyəsində)
  • HVAC sistemləri üzrə diaqnostika, təmir və sazlama bacarığı
  • Elektron idarəetmə lövhələri, sensorlar və avtomatika ilə işləmə bacarığı
  • Kompüter vasitəsilə diaqnostika proqramları ilə işləmə təcrübəsi
  • Fiziki sahə işlərinə hazır olmaq
  • Məsuliyyətli, tələbkar və işinə ciddi yanaşan olmaq
  • Komandada işləmə və operativ qərarvermə bacarığı
  • HVAC sahəsi üzrə ixtisasartırma təlimlərində iştirak etmiş olması və ya müvafiq sertifikatlara malik olması üstünlükdür
  • Rus və İngilis dillərini bilməsi üstünlükdür
  • B və C kateqoriyalı sürücülük vəsiqəsi – üstünlükdür

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.

 


Oxşar vakansiyalar