Bakı,
Azərbaycan
10/02/2026
-
24/02/2026
İş haqqında məlumat
- HVAC, MEP və ümumi tikinti sahələri üzrə texniki işlərin yerində təşkili və icrasına nəzarət
- İş görüləcək ərazilərdə işin səliqəli, ardıcıl və texniki tələblərə uyğun icrasının təmin edilməsi
- İş prosesinin düzgün təşkili, dəqiq planlama və iş ardıcıllığının müəyyən olunması
- İşçi heyətinin (usta, texnik və s.) koordinasiyası, tapşırıqların verilməsi və icrasına nəzarət
- Görülən işlər üzrə gündəlik və aylıq hesabatların hazırlanması
- Material və avadanlıqlara olan tələbatın əvvəlcədən planlanması və rəhbərliyə bildirilməsi
- Əmək və texniki təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət
- Sifarişçi və obyekt nümayəndələri ilə operativ və peşəkar əlaqənin saxlanılması
İş şəraiti
- İş yeri: Bakı
- İş qrafiki: Tam ştat (6 gün iş / 1 gün istirahət)
- Əmək haqqı: Müsahibə əsasında (təcrübə və bacarıqlara görə)
Biz təklif edirik:
- Stabil və uzunmüddətli iş
- Peşəkar mühəndis və texniki komandada çalışma imkanı
- Karyera və inkişaf perspektivi
- Layihə və nəticəyə əsaslanan əlavə mükafatlandırma imkanı
Tələblər
- Ali və ya orta ixtisas təhsili (texniki sahə üzrə üstünlükdür)
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Tələbkar, məsuliyyətli və işə ciddi yanaşan olmaq
- İşin təşkili və planlanması bacarığı, obyektlərdə nizam-intizam və səliqənin təmin edilməsi
- Texniki sənədləri və çertyojları oxuma bacarığı
- HVAC / MEP / ümumi tikinti sahələrinin hər üçü üzrə bilik və təcrübənin olması böyük üstünlükdür
- Komandada işləmə və operativ qərarvermə bacarığı
- MS Office proqramlarında işləmək bacarığı
- Rus və İngilis dillərini bilməsi arzuolunandır
- B və C kateqoriyalı sürücülük vəsiqəsi – üstünlükdür
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.