Bakı,
Azərbaycan
15/01/2026
-
29/01/2026
İş haqqında məlumat
- Qaldırılacaq yüklərin (beton məmulatları, metal konstruksiyalar, avadanlıqlar və s.) düzgün ilmələnməsini təmin etmək
- Yüklərin çəkisini, ölçüsünü və balansını nəzərə alaraq uyğun ilmə vasitələrini (kanat, tros, zəncir, kəmər və s.) seçmək
- Yüklərin kran və digər qaldırıcı mexanizmlərlə təhlükəsiz şəkildə qaldırılmasına nəzarət etmək
- Qaldırma zamanı yükün sürüşməsinin, aşmasının və düşməsinin qarşısını almaq
- İlmə vasitələrinin texniki vəziyyətini yoxlamaq, aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək
- Krançı ilə əl işarələri və ya rabitə vasitələri ilə dəqiq əlaqə saxlamaq
- Qaldırma və daşınma prosesində təhlükəsizlik zonalarının qorunmasını təmin etmək
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmək
- Fövqəladə hallarda operativ və təhlükəsiz reaksiya vermək
- Tikinti sahəsində daxili nizam-intizam və əmək intizamı qaydalarına riayət etmək
İş şəraiti
- İş qrafiki: həftədə 6 gün iş, bazar istirahət
- Əməkhaqqı: 600-700 AZN
- İş yeri: Hövsan
Tələblər
- İlməkçi kimi işləmək üçün müvafiq sertifikat və ya ixtisas vəsiqəsi MÜTLƏQDİR
- İş stajı: Mvafiq sahə üzrə minimum 3 il
- Krançı ilə əl işarələri və rabitə vasitələri vasitəsilə işləmək bacarığı
- Diqqətli, məsuliyyətli və intizamlı olmaq
- Komanda ilə işləmək və rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirmək bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.