MEC DESIGN MMC

İncə İşlər Şefi

MEC DESIGN MMC
Ə/h razılaşma ilə
281
Tam iş günü
Bakı, Azərbaycan
25/08/2026 - 25/09/2026

İş haqqında məlumat

MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.

Əsas vəzifə öhdəlikləri

  • İncə İşlər Şefi ilə Fit-out üzrə Supervisor arasında əsas əlaqələndirici vəzifəni həyata keçirmək;
  • Sahədə həyata keçirilən işlərin təsdiq edilmiş çertyojlar, layihə sənədləri, texniki spesifikasiyalar və iş qrafikinə uyğun icrasına gündəlik nəzarət etmək;
  • Fit-out üzrə Supervisorun fəaliyyətini idarə etmək və işlərin düzgün təşkilinə nəzarət etmək;
  • Saha komandasının gündəlik fəaliyyətini koordinasiya etmək və iş bölgüsünü təşkil etmək;
  • İşlərin müəyyən edilmiş qrafikə uyğun və vaxtında icra olunmasını təmin etmək;
  • Sahədə görülən işlərin keyfiyyətinə və layihə tələblərinə uyğunluğuna nəzarət etmək;
  • Çertyoj və texniki sənədlərdə nəzərdə tutulmuş işlərin sahədə düzgün tətbiq edilməsini təmin etmək;
  • Sahədə yaranan texniki və təşkilati problemləri operativ şəkildə müəyyənləşdirmək və həll etmək;
  • Həll edilməsi daha yüksək səviyyədə qərar tələb edən məsələlər barədə İncə İşlər Şefinə vaxtında məlumat vermək;
  • Gündəlik görülən işlər, iş qrafiki, yaranan problemlər və sahənin ümumi vəziyyəti barədə hesabatlar hazırlamaq və İncə İşlər Şefinə təqdim etmək;
  • İncə İşlər Şefinin tapşırıqlarının sahədə düzgün və vaxtında icrasını təmin etmək;
  • Sahədə əməyin mühafizəsi, təhlükəsizlik və HSE tələblərinə riayət olunmasına nəzarət etmək.

Tələblər

  • Ali təhsil — inşaat mühəndisliyi, memarlıq və ya əlaqəli ixtisas;
  • Fit-out və finishing layihələri üzrə minimum 5 il müvafiq iş təcrübəsi mütləqdir;
  • Ən azı 3 il rəhbər vəzifədə, sahə idarəetməsi və komanda rəhbərliyi üzrə təcrübə mütləqdir;
  • Böyük həcmli və kompleks fit-out layihələrinin sahədə idarə olunması üzrə sübut olunmuş praktiki təcrübə;
  • Finishing works proseslərinin, xüsusilə memarlıq və interyer işlərinin sahədə idarə edilməsi üzrə geniş təcrübə;
  • Subpodratçıların və işçi briqadalarının idarə edilməsi və koordinasiyası üzrə təcrübə;
  • Memarlıq dizayn ofisi ilə işləmək, texniki detalları dəqiqləşdirmək və layihə qərarlarını sahədə tətbiq etmək bacarığı;
  • Çertyojları, texniki spesifikasiyaları və layihə sənədlərini oxuma və düzgün şərh etmə bacarığı;
  • İş qrafikinin idarə edilməsi və layihənin müəyyən edilmiş müddətlərdə tamamlanmasını təmin etmək bacarığı;
  • Material, avadanlıq və işçi qüvvəsi daxil olmaqla sahə resurslarının effektiv idarə edilməsi üzrə təcrübə;
  • Güclü liderlik, komanda idarəetməsi və qərar qəbul etmə bacarığı;
  • Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları layihənin idarə edilməsi, planlaşdırma, hesabatların hazırlanması, məlumatların analizi və digər iş proseslərində effektiv tətbiq etmək bacarığı;
  • Lüks və yüksək seqmentli obyektlərdə, xüsusilə hotel, villa və premium yaşayış layihələrində iş təcrübəsi üstünlükdür;
  • Fit-out və finishing üzrə geniş və müxtəlif layihə təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Zəhmət olmasa CV-nizi [email protected] elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “İncə İşlər Şefi” qeyd edin. 

Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!


Oxşar vakansiyalar