MEC DESIGN MMC

Sahə Memarı

MEC DESIGN MMC
Ə/h razılaşma ilə
305
Tam iş günü
Bakı, Azərbaycan
25/08/2026 - 25/09/2026

İş haqqında məlumat

MEC DESIGN Azərbaycanda aparıcı podratçı və fit-out şirkətlərindən biridir və yüksək səviyyəli, prestijli layihələr üçün memarlıq, MEP və təbii daş işlərinin icrasında ixtisaslaşmışdır. Mükəmməllik və innovasiyaya sadiqliyimiz çərçivəsində Bakı şəhərində komandamızı genişləndiririk.

Əsas vəzifə öhdəlikləri 

  • İncə İşlər Şefi ilə memarlıq dizayn ofisi arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək;
  • Dizayn ofisindən təqdim olunan layihə və işçi çertyojlarının sahənin real şəraitinə uyğunlaşdırılmasını təmin etmək;
  • Memarlıq layihələrinin, işçi çertyojların, spesifikasiyaların və digər layihə sənədlərinin sahədə düzgün tətbiqinə nəzarət etmək;
  • Sahədə görülən işlərin təsdiq edilmiş layihə, çertyoj və texniki spesifikasiyalara uyğunluğunu yoxlamaq;
  • Sahədə yaranan memarlıq, texniki və layihə ilə bağlı məsələləri müəyyənləşdirmək, aidiyyəti tərəflərlə koordinasiya etmək və həllində iştirak etmək;
  • Subpodratçıların memarlıq və finishing işlərinin layihə tələblərinə uyğun icrasının koordinasiyasında iştirak etmək;
  • Memarlıq finishing işlərinin keyfiyyətinə və layihə detallarına uyğun icrasına nəzarət etmək;
  • Material nümunələrinin, material seçimlərinin və mock-up işlərinin yoxlanılmasında və təsdiq prosesində iştirak etmək;
  • Dizayn və layihə dəyişikliklərini müəyyən etmək, sənədləşdirmək və müvafiq məlumatları aidiyyəti şəxslərə çatdırmaq;
  • Sahədə dəyişikliklər və faktiki icra ilə bağlı as-built məlumatların düzgün şəkildə qeydə alınmasını təmin etmək;
  • Layihə sənədləri ilə faktiki icra arasında uyğunsuzluqları müəyyənləşdirmək və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsində iştirak etmək;
  • Gündəlik və həftəlik görülən işlər, layihə dəyişiklikləri, texniki məsələlər və sahənin icra vəziyyəti üzrə hesabatlar hazırlamaq;
  • İncə İşlər Şefinin tapşırıqlarının memarlıq və sahə üzrə vaxtında və düzgün icrasını təmin etmək.

Tələblər

  • Ali təhsil — Memarlıq; mütləqdir;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi mütləqdir;
  • Tikinti sahəsində, xüsusilə memarlıq və finishing işləri üzrə praktiki iş təcrübəsi;
  • Fit-out və finishing layihələrində təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
  • AutoCAD və digər müvafiq layihələndirmə proqramlarında işləmək bacarığı;
  • İşçi çertyojlarını, memarlıq layihələrini və texniki spesifikasiyaları oxuma və düzgün şərh etmə bacarığı;
  • Dizayn ofisi ilə effektiv kommunikasiya qurmaq və sahə ilə dizayn komandası arasında koordinasiyanı təmin etmək bacarığı;
  • Material nümunələri, mock-up və memarlıq finishing işləri üzrə praktiki anlayış;
  • As-built məlumatların hazırlanması və sənədləşdirilməsi üzrə bacarıq;
  • Layihə dəyişikliklərini izləmək, sənədləşdirmək və müvafiq tərəflərlə koordinasiya etmək bacarığı;
  • Güclü kommunikasiya, koordinasiya və problem həll etmə bacarığı;
  • Süni intellekt (AI) alətlərindən istifadə etmək və onları layihə sənədlərinin hazırlanması, məlumatların analizi, hesabatların hazırlanması və digər iş proseslərində effektiv tətbiq etmək bacarığı;
  • Müvafiq sahə üzrə real layihələrdə sübut olunmuş praktiki iş təcrübəsi mütləqdir.

Zəhmət olmasa CV-nizi [email protected] elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Sahə Memarı” qeyd edin. 

Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!


Oxşar vakansiyalar