Bakı,
Azərbaycan
20.10.2025 02:28
-
20.11.2025 12:00
İş haqqında məlumat
- İstifadəçilərin texniki müraciətlərini (hardware, software, şəbəkə və s.) qəbul etmək və operativ həll etmək;
- Kompüterlər, printerlər, şəbəkə cihazları və digər İT avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- İT sistemlərində yaranan problemlərin səbəblərini təhlil edib, qarşısını almaq üçün tədbirlər görmək;
- Yeni cihaz və proqramların quraşdırılması, yenilənməsi və konfiqurasiyasını həyata keçirmək;
- İT infrastrukturunun təhlükəsizliyini və dayanıqlığını təmin etməkdə iştirak etmək;
İş Şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş qrafiki / İş saatı 09:00-18:00-dək;
- Nahar fasiləsi 13:00-dan-14:00-dək;
- Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcəkdir;
- Metroya yaxın məsafədən şirkətin servis xidməti fəaliyyət göstərir;
- Ünvan: Polad Həşimov küçəsi, Saray qəsəbəsi, Yeni yol “AVICOM” MMC .
Üstünlüklərimiz:
- İnformasiya texnologiyaları sahəsində peşəkar kollektivdə çalışmaq imkanı;
- Karyera irəliləyişlərində yaradılan imkanlar;
- Təlimlərdə iştirak;
- Korporativ nömrə, danışıq limiti;
- Konüllü tibbi sığorta ilə təmin edilmə (3 ay sonra) .
Tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə “İT üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanina göndərə bilərlər.
Tələblər
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Yaş həddi: 26-40
- Ali və ya orta təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya müvafiq sahə üzrə);
- Dil bilikləri: Azərbaycan dili mükəmməl bilməli (rus və ingilis dili arzuolunandır);
- İT həlləri və infrastrukturunun davamlılığının təmin olunması haqqında geniş biliklər;
- İşində məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarıqları;
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti;
- Komanda ilə effektiv əməkdaşlıq və layihə idarəetmə bacarıqları;
- Yaradıcı düşüncə və yeniliklərə açıq olmaq.