SOCAR DOWNSTREAM MANAGEMENT LLC

İnşaat üzrə Aparıcı Mühəndis

SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
159
Tam iş günü
Bakı, Azərbaycan
03.10.2025 11:27 - 03.11.2025 12:00

İş haqqında məlumat

  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühit (SƏTƏM) və Keyfiyyət prosedurlarına əməl olunmasını təmin etmək və bütün fəaliyyətlərdə yüksək təhlükəsizlik standartlarına nail olmaq;
  • Mühəndislik Tələbləri (ER-lar) və layihə konseptlərinə əsaslanaraq detallı layihələndirmə və inşaat işləri üçün İşlər Həcmi (“Scope of Work”) sənədini hazırlamaq;
  • Tender iştirakçıları tərəfindən təqdim olunan mühəndislik və/və ya inşaat təkliflərini qiymətləndirmək;
  • Layihələrin icraatı mərhələsində podratçı tərəfindən təqdim olunan texniki (TQ) və layihə dəyişiklikləri (DR) sorğularını nəzərdən keçirmək və qiymətləndirmək;
  • Müəssisə Mühəndislik Komandası tərəfindən hazırlanmış sənədləri nəzərdən keçirmək və rəy bildirmək, bütün layihə cizgiləri və sənədlərinin şirkət prosedurlarına, spesifikasiyalarına, yerli və beynəlxalq standartlara, normalara və ən yaxşı təcrübələrə uyğunluğunu təmin etmək;
  • Dəyər Yaratma Layihələri üçün layihə konseptləri, cizgiləri, material siyahıları və ya digər mühəndislik sənədlərinin hazırlanmasını əhatə edən detallı layihələr hazırlamaq;
  • Kompleks layihələr üçün mühəndislik çalışmaları etmək və detallı layihələndirməyə başlamazdan əvvəl İnşaat/Konstruksiya və Memarlıq Menecerindən təsdiq almaq;
  • Layihələndirilmə üçün digər mühəndislik şöbələrinin mütəxəssisləri ilə kommunikasiya qurmaq və zəruri məlumatları əldə etmək və onlara lazım olan texniki məlumatları ötürmək;
  • Yuxarıda qeyd olunan öhdəliklər üzrə tabeliyində olan mühəndis, kiçik mühəndis, cizgiçi və təcrübəçilərdən ibarət layihə komandasının işləri ilə bağlı məsələlərdə yönləndirmək, texniki dəstək göstərmək və işin icrasına nəzarət etmək;
  • İş tapşırığı müddətlərinə riayət olunmasını və komanda fəaliyyətinin optimallaşdırılmasını təmin etmək məqsədilə planlama, resursların idarə olunması və iş yükünün bölüşdürülməsi sahəsində İnşaat/Konstruksiya üzrə Böyük Mühəndisə dəstək vermək;
  • İnşaat və konstruksiya mühəndisliyində innovasiya və səmərəliliyin təkmilləşdirilməsinə təşviq etmək. Komanda bacarıqlarını və mühəndislik proseslərini inkişaf etdirməyə yönəlmiş təşəbbüslərə rəhbərlik etmək;
  • Podratçı təşkilatların hazırladığı layihələrə İnşaat və konstruksiya spesifikasiyalara, ən yaxşı praktikalara, norma və standartlara uyğunluğu üzrə rəylərin verilməsi və Podratçıların sorğularının cavablandırılması;
  • Podratcıların və ya istehsalçıların hazırladığı sənədlərinin tamlığı, spesifikasiyalara uyğunluğu üzrə rəylərin və şərhlərin verilməsi, əvvəlki rəy üzrə dəyişikliklərin yerinə yetirilməsinin təsdiqi;
  • Tələb olunduqda və ya təyin olunduqda Xərclərə Nəzarət, Tikinti inşaat Departamentlərinə dəstək və sahədə baxış kecirmək;
  • Layihənin statusu, texniki risklər və əsas məsələlər barədə rəhbərliyə hesabatların hazırlanmasında dəstək göstərmək;
  • Mövcud konstruksiyalarda dəyişiklikləri təhlil edib, uyğun təkliflərin hazırlanmasına, Bərpa və təmir layihələrinin hazırlanmasında konstruktiv baxımından dəstək vermək;
  • Lazım olanda, mövcud konstruksiyalarda mümkün və tətbiq edilə bilən dəyişikliklərin nəzərdən keçirilməsi və təsdiqi;
  • Mühəndis layihəsinin funksional, texniki və estetik uyğunluğunu təmin edərək normativ sənədlərə və layihələndirmə standartlarına uyğun sənədlərin hazırlanmasında iştirak etmək.

Tələblər

  • İnşaat Mühəndislik üzrə ali təhsil;
  • Layihələndirmə üzrə minimum 8+ il iş təcrübəsi;
  • Neft-qaz sahəsində minimum 5+ il iş təcrübəsi üstünlük təşkil edir;
  • Əməliyyat sistemləri (MS Windows), ofis proqramları (MS Office);
  • Konstruksiya analiz proqramlarında Lira10 / SAP2000, AutoCAD yüksək səviyyədə bilik;
  • Azərbaycan və İngilis dillərində texniki sənəd hazırlamaq və təqdim etmək bacarığı;
  • EN, BS, SniP, SP kimi beynəlxalq və yerli AzDTN standartlar barədə bilik və onların layihələrdə tətbiqi;
  • Bina və konstruksiya hesablama proqramlarından istifadə etmək və yoxlamaq bacarığı, SAP2000-ə üstünlük verilir;
  • Layihə idarəçiliyi və ya rəhbər mühəndislik vəzifələrində təcrübə.


Oxşar vakansiyalar