

İnsan resursları üzrə aparıcı mütəxəssis
Azərbaycan Dəmir Yolları
Ə/h razılaşma ilə
1062
Tam iş günü
Bakı,
Azərbaycan
22.07.2025 17:25
-
22.08.2025 12:00
İş haqqında məlumat
- İllik ştat cədvəllərinin hazırlanması, təhlili və aidiyyəti üzrə təqdim edilməsi;
- Vakansiyaların idarə olunması, reyestrin aparılması və uyğun strukturlara yönləndirilməsi;
- Zərurət olduqda iş analizlərinin aparılması, kvalifikasiya və kompetensiya tələblərinin işlənməsi;
- Vəzifə təlimatlarının hazırlanması və vəzifələrin qruplaşdırılmasında iştirak;
- İşə qəbul prosesinə dəstəyin göstərilməsi;
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə və kadr-uçot işinin aparılması;
- Şəxsi işlərin tərtibi, elektron məlumat bazasının idarə olunması;
- Nomenklatur vəzifə sahibləri ilə bağlı sənədlərin təqdim olunması və yenilənməsi;
- Arxiv işinin təşkili və əmək fəaliyyətinə dair arayışların verilməsi;
- Əməkhaqqı, mükafat, məzuniyyət, xəstəlik vərəqəsi və digər ödənişlərin hesablanması və təqdim edilməsi;
- Vergi bəyannamələrinin, bank və sosial ödəniş cədvəllərinin hazırlanması və yoxlanılması;
- Əməkhaqqı kartlarının sifarişi, qeydiyyatı və təhvil-təslimi;
- Adaptasiya və təcrübə proqramlarının həyata keçirilməsi;
- Başqa vəzifəyə keçirilmə və attestasiyalarla bağlı proseslərdə iştirak;
- Əmək intizamına nəzarət və intizam tədbirləri ilə bağlı sənədlərin hazırlanması;
- Müraciət və sorğulara baxılması, əmək fəaliyyətinə təsir edən amillərin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Şöbədaxili hesabatların hazırlanması və təqdim edilməsi;
- İnsan resursları proseslərinin avtomatlaşdırılması ilə bağlı təkliflərin verilməsi;
- Qərar, əmr, daxili sənəd və konsepsiya layihələrinin hazırlanması və rəy bildirilməsi;
- Vətəndaş və təşkilatlardan daxil olan müraciətlərin cavablandırılması;
- Müvafiq struktur bölmələrə izahat və tövsiyələrin verilməsi;
- Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və aidiyyəti üzrə məlumatlandırma;
- Kargüzarlıq işinin təşkili və rəhbərlik tapşırıqlarının icrası;
- Aylıq hesabatların hazırlanması və birbaşa rəhbərə təqdim edilməsi.
Tələblər
- Təhsil: İstənilən sahə üzrə ali təhsil;
- Təcrübə: Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
- İnsan resurslarına aid olan normativ, metodik və digər rəhbəredici materiallar ilə işləmək bacarığı;
- Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsini bilməli;
- İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklərə malik olmalı;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair bilikləri bilməli;
- Elektron informasiya sistemindən istifadə qaydalarını bilməli.