Bakı,
Azərbaycan
17.07.2025 11:59
-
17.08.2025 12:00
İş haqqında məlumat
- Əmək müqavilələrinin bağlanması, müqavilələrə dəyişiklik, əmək müqaviləsinə xitam üzrə sənədləşmənin aparılması, 1C proqramında və e-hökumət portallarında müvafiq əməliyyatları icra etmək;
- Heyətin şəxsi işlərini formalaşdırmaq, sənədlərin kağız və rəqəmsal daşıyıcılarda (1C) toplanıb saxlanmasını təmin etmək;
- İşçilərin anket məlumatlarının (staj, imtiyaz, ailə tərkibi, əlillik, hərbi xidmət və s.) uçotunu aparmaq və bu məlumatlara uyğun qanunvericiliyin tələblərini yerinə yetirmək;
- Məzuniyyətlərin uçotunu aparmaq, işçilərin vaxtı-vaxtında məzuniyyətə çıxmasına nəzarət etmək. Əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyət əmrlərinin işləmək, müvafiq sənədləşməni və 1C proqramında əməliyyatları icra etmək;
- Səlahiyyətli şəxslə razılaşdırıb vakansiya elanlarını hazırlamaq, yerləşdirmək;
- Namizədlərin seçimini, müsahibələri təşkil etmək;
- Seçilmiş namizədlərə iş təkliflərini, vəzifə təlimatlarını hazırlayıb təqdim etmək.
- Adaptasiya mərhələlərini təşkil və icrasına nəzarət etmək (Onboarding – sınaq dövrünün yekunlaşması).
- Davamiyyətin qeydiyyatını və aylıq tabelləri hazırlamaq (1C proqramında icra etmək, sənədləşməni təmin etmək), heyətin nizam-intizamına nəzarət;
- Əmək haqqının hesablanmasını və əmək haqqı sənədləşməsini icra etmək;
- Şirkətin qoşulduğu satınalma müsabiqələri üçün İnsan resurslarına aid sənəd, məlumat və hesabatları hazırlayıb təqdim etmək;
- İş qrafiki: 5 gün, 08:00 –dan 17:00-dək;
- İş yeri: Badamdar Estates (Mikayil Müşviq küç.1C).
Tələblər
- İnsan resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
- İnsan resursları sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin (xüsusən Əmək qanunvericiliyinin) tələblərini bilmək və tətbiq etmək;
- İnsan resursları sahəsində sənədləşmə işlərinin aparılmasını müvafiq təlimatların tələblərinə uyğun təmin etmək;
- Əmək haqqının hesablanması qaydaları və normalarını bilmək (1C 8.3 – İnsan resursları prosedurları və əmək haqqı hesablanması) və tətbiq etmək;
- MS Office proqramlarından (xüsusilə Word, Excel) sərbəst istifadə;
- Azərbaycan, İngilis, Rus dili (səlis, işgüzar, yazılı və şifahi ünsiyyət);
- Analitik düşüncə, məsuliyyət, intizam, dəqiqlik, çeviklik;
- Adaptiv ünsiyyət, stresə davamlılıq, həll yönümlü qərar verə bilmək bacarığı;
- Prioritetləşdirmə, vaxtın planlanması;
- Komandada effektiv işləmək bacarığı;
- Müvafiq sahədə ixtisaslaşma, inkişaf etmək.