Sirab ASC

İnsan resursları üzrə aparıcı mütəxəssis

Sirab ASC
Ə/h razılaşma ilə
1981
Tam iş günü
Bakı, Azərbaycan
18.08.2025 17:00 - 18.09.2025 12:00

İş haqqında məlumat

  • HR siyasət və prosedurlarının hazırlanması və tətbiqi;
  • İşçi motivasiya və qiymətləndirmə proqramlarının təşkili;
  • İşə qəbul, işdən çıxarılma, vəzifə dəyişikliklərinin qanunvericiliyə uyğun icrası;
  • “ƏMAS” və digər dövlət portallarında əməliyyatların icrası (əmək müqavilələri, xitam əmrləri, məzuniyyətlər və s.);
  • Əmək haqqı, məzuniyyət və digər ödənişlər üzrə hesablamaların aparılması və ERP sistemləri vasitəsilə izlənməsi;
  • Problemli işçilərlə müvafiq prosedurların icrası və həll yollarının tapılması;
  • Dövlət qurumları ilə əlaqələrin düzgün idarə olunması;
  • İşçi məlumat bazasının düzgün və dəqiq aparılması;
  • Seçim və müsahibə proseslərinin aparılması, uyğun namizədlərin cəlb edilməsi;
  • İşçi ehtiyaclarının müəyyən edilməsi və departamentlərlə koordinasiya;
  • Tələb olunan HR hesabatlarının hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi;
  • İnsan resursları sahəsində innovativ texnologiyaların tətbiqi və məlumat bazalarının idarə olunması.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

İş yeri:

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə aparıcı mütəxəssis” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: minimum 3 il (müvafiq sahə üzrə);
  • Komputer bilikləri (Microsoft office, Excell, Word, PowerPoint, outlook) yaxşı;
  • Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri .

Fərdi keyfiyyət göstəriciləri:

  • Diqqətlilik;
  • İntizamlılıq;
  • Yüksək kommunikasiya;
  • Yenilikçi və proaktiv yanaşma.


Oxşar vakansiyalar