GFC MMC

İnsan Resursları üzrə Davamiyyət Operatoru (Face ID Sistemi)

GFC MMC
Ə/h razılaşma ilə
349
Tam iş günü
Bakı, Azərbaycan
29/09/2026 - 13/10/2026

İş haqqında məlumat

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi 

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətə yeni işə qəbul olunan əməkdaşların Face ID sistemi və DSS proqramında qeydiyyatının aparılması, biometrik və şəxsi məlumatların düzgün, tam və vaxtında sistemə daxil edilməsi;
  • Əmək münasibətlərinə xitam verilmiş əməkdaşların Face ID sistemi və DSS proqramından çıxarılması, məlumatların arxivləşdirilməsi və tarixçəsinin qorunması;
  • İşə qəbul, işdən çıxma, vəzifə və filial dəyişiklikləri ilə bağlı Face ID sistemində müvafiq dəyişikliklərin vaxtında icra edilməsi;
  • Filiallardan Face ID sistemi ilə bağlı daxil olan müraciətlərin qəbul edilməsi, təhlil edilməsi, məsafədən dəstəyin göstərilməsi və zərurət yarandıqda aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə həll edilməsi;
  • Face ID sistemi üzrə giriş-çıxış məlumatlarının iş vaxtı cədvəlləri ilə müqayisə edilməsi, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması;
  • Filiallar tərəfindən təqdim olunan həftəlik hesabatların yoxlanılması, məlumatların düzgünlüyünə nəzarət edilməsi və aşkar edilmiş uyğunsuzluqların operativ şəkildə aradan qaldırılması;
  • Face ID sistemi üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması, statistik məlumatların toplanması və rəhbərliyə təqdim edilməsi;
  • Sistemin fasiləsiz və düzgün işləməsinə nəzarət edilməsi, texniki nasazlıqların aradan qaldırılması məqsədilə aidiyyəti İT və proqram təminatı komandası ilə koordinasiyalı işin aparılması;
  • Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik; 
  • Face ID sistemində istifadəçi hesablarının, giriş hüquqlarının və məlumat təhlükəsizliyinin daxili prosedurlara uyğun idarə edilməsi.

Tələblər

  • Ali təhsilli olması;
  • Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Səlis Azərbaycan dili biliyi,ingili dili-arzuolunandır;
  • Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
  • İşgüzar nitq və yazışma qabiliyyəti;
  • Vaxtın effektiv idarə edilməsi bacarığı və deadline-lara riayət etmək;
  • Analitik düşünmə, yüksək məsuliyyət hissi, dəqiqlik və detallara diqqətlilik;
  • Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yüksək səviyyədə bilik;
  • 1 C 8.3 proqramında işləmə bacarığı;
  • Xasiyyətnamə tələb olunur. 

    İş şəraiti:
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Oxşar vakansiyalar