

İnsan resursları üzrə əməliyyatçı (HR Operations)
Favorite Premium Market
Ə/h razılaşma ilə
1546
Tam iş günü
Bakı,
Azərbaycan
06.08.2025 09:11
-
06.09.2025 12:00
İş haqqında məlumat
Favorite Premium Market komandası HR əməliyyatları üzrə təcrübəli və məsuliyyətli bir komanda üzvü axtarır. Bu rola uyğun namizədlər üçün aşağıdakı imkanlar mövcuddur:
- İşçilərin şəxsi məlumatlarının HR sistemlərində idarə olunması;
- İşə qəbul, daxili keçid və işdən çıxma proseslərinin icrası;
- Əmək müqavilələrinin hazırlanması və yenilənməsi;
- Məzuniyyət və digər inzibati proseslərin idarə olunması;
- HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- HR prosedurlarının icrasında dəstək göstərmək.
İş şəraiti:
- 5 günlük iş həftəsi (09:00–18:00);
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq təyin ediləcək;
- Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Müraciət üçün CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Tələblər
- HR əməliyyatları və ya inzibati İR sahəsində minimum 1 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel);
- Dəqiqlik, məsuliyyət və təşkilatçılıq bacarığı.