Eco Clean MMC

İnsan Resursları üzrə Mütəxəssis

Eco Clean MMC
Ə/h razılaşma ilə
2070
Tam iş günü
Bakı, Azərbaycan
28.08.2025 02:33 - 28.09.2025 12:00

İş haqqında məlumat

Əgər sən də korporativ mühitdə təcrübəyə sahibsənsə və işə qəbul sənədləşməsi, əmək müqavilələri, şəxsi işlərin idarə olunması və digər HR sənədlərinin hazırlanması sahəsində biliklərin varsa, bu imkan sənin üçündür!

  • İnsan resursları funksiyalarının (işə qəbul, xitam, məzuniyyət, sığorta və s.) vaxtında və düzgün şəkildə həyata keçirilməsi;
  • İşə yeni başlayan əməkdaşlar üçün oriyentasiya proseslərinin təşkili və həyata keçirilməsi;
  • Yeni əməkdaşların iş mühitinə inteqrasiyası üçün tələb olunan texniki və inzibati təminatın həyata keçirilməsi;
  • Əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək əməliyyatlarının 1C proqramı və ƏMAS sistemi üzərindən icra olunması;
  • ƏMAS sistemində təşkilati strukturların rəsmiləşdirilməsi, yenilənməsi və struktur dəyişikliklərinin qeydiyyatı;
  • Xidmət göstərilən şirkətlər üzrə İnsan Resursları əməliyyatlarının idarə olunması və sənədləşmənin təmin edilməsi;
  • Vəzifə təlimatlarının hazırlanması, yoxlanılması və imzalanması prosesinin təşkil olunması;
  • Tabel cədvəllərinin hazırlanması və təsdiq üçün müvafiq struktur rəhbərlərinə təqdim edilməsi;
  • Tabeli qurumlardakı insan resursları sənədləşmə işlərinin düzgün həyata keçirilməsinə nəzarət etmək;
  • Vaxtaşırı tabeli şirkətləri ziyarət edərək sənədləşmənin düzgün qaydada aparıldığını yoxlamaq;
  • Rəhbərlik tərəfindən vəzifə funksiyaları çərçivəsində verilmiş digər tapşırıqların yerinə yetirilməsi.

Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “İnsan Resursları üzrə Mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik;

Tələblər

  • Ali təhsil (İnsan Resursları, Menecment və ya əlaqədar sahə üzrə);
  • İnsan resursları üzrə minimum 1-3 il iş təcrübəsi;
  • ƏMAS və 1C proqramları ilə işləmə bacarığı;
  • Əmək qanunvericiliyi üzrə baza bilikləri;
  • Azərbaycan dili – əla, Rus və ya İngilis dili – arzuolunandır;
  • Analitik düşüncə və detallara diqqət;
  • Sənədləşmə və yazışma bacarıqları;
  • Komanda ilə işləmək və ünsiyyət qurmaq bacarığı.


Oxşar vakansiyalar