Azertexnolayn MMC

İnsan Resursları üzrə mütəxəssis

Azertexnolayn
Ə/h razılaşma ilə
530
Tam iş günü
Sumqayıt, Azərbaycan
23/04/2026 - 07/05/2026

İş haqqında məlumat

  • İşçilərin əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir. 
  • Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi prosesini rəsmiləşdirir; 
  • Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
  • Zavod üzrə keçiriləcək təlimlərin planını tərtib edir və icra prosesini izləyir; 
  • İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır, növbəti il üçün məzuniyyət qrafikini tərtib edir;
  • Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır; 
  • Şöbənin rəsmi əməliyyatlarının ƏMAS portalında qeydiyyatını aparır;

Bilməlidir:

  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
  • Təsərrüfat xidmətləri işinin yerinə yetirilməsinin təşkilini;
  • Yuxarı orqanların qərar, sərəncam və göstərişlərini; idarə, təşkilat və müəssisələrin inzibati-təsərrüfat xidmətinə dair metodiki, normativ və başqa göstərişverici materialları, idarə, təşkilat və müəssisənin quruluşunu və onun inkişaf perspektivlərini, digər təşkilatlarla müqavilələrin bağlanması qaydalarını və tərtibini;
  • ƏMAS portalında sərbəst işləmək bacarığı

İş qrafiki: 

  • Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
  • İstirahət günü: Şənbə və Bazar günü

  Namizədlərin dəyərləndirilmə prosesi:

  • Birinci mərhələ - Əmək məcəlləsindən test imtahanı, İnsan resursları şöbə rəsi ilə müsahibə
  • İkinci mərhələ - Zavod müdiri ilə görüş, İşə qəbul 

Təminatlar:

  • Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir; 

Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı. 


 

Tələblər

  • Ali təhsil 
  • İngilis dili biliyi yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür
  • MS Office proqramları
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
  • İxtisas: İqtisadiyyat və idarəetmə

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar