Bakı,
Azərbaycan
23.10.2025 04:35
-
23.11.2025 12:00
İş haqqında məlumat
- Zavod və istehsalat sahələrində İşə İcazə Sisteminin, aidiyyatı forma və əlaqəli prosedurların tərtibatı, inkişafı və tətbiqi;
- Təhlükəsiz iş prosedurlarını və təlimatları təyin etmək, Tapşırıq Riskinin Qiymətləndirilməsi prosesini təşkil etmək;
- Öyrənilmiş praktiki dərslərin təyini və sənədləşdirilməsi;
- Zavod və istehsalat sahələrində İşə İcazə Sisteminin (PTW) fəaliyyətinin və tətbiqinin əsas əlaqəli şəxsi olmaq və dəstək vermək;
- İcraçı və nəzarət edən tərəflərlə Tapşırıq Riskinin Qiymətləndirmələrini koordinasiya etmək, uyğun təhlükələr qiymətləndirməsinin aparılmasını təmin etmək; digər işlərlə toqquşmaların (SİMOPS) təşkilini həyata keçirmək, bu cür təhlükələrin müəyyən edilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsini təmin etmək;
- Günlük İşə İcazə Koordinasiya görüşlərinin rəhbərliyini etmək; işə icazələrin, əlavə sertifikatların, auditlərin və performans statistikalarının günlük qeydini saxlamaq;
- Müəyyən edilmiş sahələrdə rutin İşə İcazə auditlərini təşkil etmək və İşə İcazə auditlərinin əsas əlaqəli şəxsi olmaq;
- İşə İcazə, sertifikat və formaların vaxtından keçmiş və ya tələb olunan vəziyyətini izləmək və müvafiq tövsiyyələr vermək;
- İşə İcazə prosesini və sistemini təkmilləşdirmək üçün yollar axtarmaq və təkliflər vermək;
- İşə İcazə hesabatları və statistikalarını hazırlamaq;
- Rəhbərlik tərəfindən namizəd göstərildikdə İşə İcazə auditlərinə, hadisələrin təhqiqatı və təhlilatına iştirak etmək.
Tələblər
- Neft və qaz sənayesində İşə İcazə sistemi sahəsində 5-10 il idarəetmə təcrübəsi;
- Texniki sahə üzrə ali təhsil;
- Tapşırığın risk qiymətləndirilməsi bacarığı;
- İcraçı və nəzarət edən tərəflərlə effektiv əməkdaşlıq bacarığı;
- Yaxşı səviyyədə kompüter bilikləri, o cümlədən daxili məlumatların emalı, elektron poçtların idarə olunması, cədvəllər və təqdimat proqramlarından istifadə bacarığı;
- Kritik düşünmə və qərar vermə qabiliyyəti;
- İngilis dilində həm şifahi, həm də yazılı effektiv ünsiyyət bacarığı.