Bakı,
Azərbaycan
08.10.2025 02:09
-
08.11.2025 12:00
İş haqqında məlumat
- İşə qəbul prosesini A-Z dək idarə etmək bacarığı (elan yerləşdirmə, CV-lərin filtrasiyası, müsahibələr, seçmə, təklif mərhələsi, testlərin hazırlanması, işə qəbul komissiyanın yaradılması və icrası);
- İşçi ehtiyacının planlanması və ştat cədvəlinin idarə olunması;
- KPI və performans göstəricilərinə əsasən analiz və hesabatların hazırlanması;
- Bazar və əmək haqqı araşdırmaları aparmaq bacarığı;
- İşçilərin fəaliyyət analizi ( xronometrik analizlər- norma hesablaması);
- Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
- Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
- İşə qəbulda dəyərləndirmə formalarının müəyyən olunması;
- Kadr bazasının hazırlanması və yenilənməsi;
- Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;
- İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
- Sınaq müddəti təyin edilməsi və prosedur qaydalara uyğun izlənməsi;
- Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
- İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.
Əmək haqqı: 1000-1500 AZN
İş şəraiti
- İş yeri: Abşeron rayonu Əliağa Vahid 1B;
- 5 günlük iş həftəsi, 6-cı gün növbəli;
- Nahar fasiləsi: 13:00-14:00.
Komandamıza uyğun olan namizədlər vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “İşə Qəbul üzrə Mütəxəssis”qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elekton ünvanına göndərə bilərlər.
Qeyd: "Masazır, Xırdalan, 20 Yanvar və ətraf ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək."
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Menecment, İnsan Resursları, Psixologiya və ya əlaqəli sahələr üzrə);
- HR üzrə əlavə kurslar və ya sertifikatlar (məsələn: SHRM, CIPD, və ya yerli HR təlimləri) üstünlükdür;
- MS Office proqramları (xüsusilə Excel) üzrə yaxşı biliklər;
- Onlayn işə qəbul platformaları (LinkedIn, Jobsearch, Glassdoor və s.) ilə işləmək bacarığı;
- Əmək qanunvericiliyi və HR prosedurları haqqında biliklər;
- Əmək qanunvericiliyi ilə bağlı bilik və iş təcrübəsi;
- Azərbaycan dilini natiqlik səviyyədə bilməli, ingilis və rus dillərini bilmək arzuolunandır;
- Müvafiq sahədə 3- 5 il iş təcrübəsi;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
- Komandada işləmə və komandanı idarəetmə;
- CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
- MS Office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
Namizədin şəxsi keyfiyyətləri:
- Ezamiyyə imkanları;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Məsuliyyətli və detallara diqqətli olmaq;
- Təşəbbüskar və çevik olmaq;
- Məlumatların konfidensiallığını qorumaq bacarığı.