Norm ASC

İstehsalatın Planlaşdırılması və Hesabatlılığı üzrə mütəxəssis

Norm
Ə/h razılaşma ilə
896
Tam iş günü
Bakı, Azərbaycan
30.10.2025 03:19 - 30.11.2025 12:00

İş haqqında məlumat

  • Yeni yaradılan və ya icarəyə götürülən istehsalat müəssisələrinin gündəlik fəaliyyətinə nəzarət, onların monitorinqi və mərkəzi ofis (Satış, Təchizat, Maliyyə, ERP və s.) ilə koordinasiyanın təmin edilməsi;
  • Müəssisə və departamentlər üzrə gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabatların hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi           ;
  • İstehsalat və kommersiya məlumatlarının konsolidasiyası və analizi    ; 
  • İstehsalat planları ilə faktiki nəticələr arasındakı fərqlərin səbəblərinin müəyyənləşdirilməsi, trendlərin analiz edilməsi və tədbirlər planı üzrə təkliflərin verilməsi;
  • ERP sistemlərində müəssisələr ilə əlaqədar bütün aidiyyəti üzrə əməliyyatların icrası (sifarişlərin yarıdılması və izlənilməsi, hesabatların daxil edilməsi və s.);
  • Müəssisələrdə inzibati təsərrüfat fəaliyyəti üzrə iş planlarının və büdcələrin hazırlanması, icra vəziyyətinin izlənməsi və hesabatlandırılması ;
  • Departament və müəssisələr üzrə toplantıların təşkili, iclas gündəliklərinin hazırlanması və aidiyyəti şəxslərlə məlumat mübadiləsinin aparılması;          
  • Yerli və beynəlxalq səfərlərin təşkili, eləcə də qonaqların qəbul və yerləşdirilmə proseslərinin koordinasiyası ;       
  • Mərkəzi ofis tərəfindən müəssisələrə göstərilən dəstəyin icrasına nəzarət, mövcud problemlərin erkən aşkarlanması və effektiv geribildirim mexanizminin təmin edilməsi;
  • İcarəyə götürülən və ya ortaq müəssisələr üzrə sənədləşmə işlərinin, müqavilə icrasının və öhdəliklərin monitorinqi prosesinə dəstək göstərilməsi;     
  • Birbaşa rəhbərin tapşırıqlarına uyğun olaraq departamentin məqsədlərinə xidmət edən digər işlərin icrasının təmin edilməsi;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi.

Biz nə təklif edirik:

  • Könüllü tibbi sığorta;
  • Servis avtobusu;
  • Şəxsi və peşəkar inkişaf imkanları;
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti;
  • İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri;
  • Digər imtiyazlar.

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Tələblər

  • İqtisadiyyat, maliyyə və ya idarəetmə sahəsi üzrə ali təhsil;
  • İstehsalat sahəsində planlama və hesabatlılıq üzrə minimum 2-3 il iş təcrübəsi;
  • Güclü analitik və strateji düşünmə bacarığı;
  • İngilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Peşəkar səviyyədə Excel biliyi;
  • SAP proqramlarında işləmə bacarığı üstünlükdür.

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük;
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma;
  • Bütövlük;
  • Yenilikçilik.


Oxşar vakansiyalar