Bakı,
Azərbaycan
29.10.2025 06:14
-
29.11.2025 12:00
İş haqqında məlumat
- Layihənin əsas iş qrafikini (master schedule) hazırlamaq (Primavera P6, MS Project və s. proqramlarda).
- Həftəlik və aylıq icra hesabatlarını hazırlamaq və layihə gedişatını izləmək.
- Planlaşdırılan və faktiki işlər arasındakı fərqləri təhlil etmək, sapma (variance) hesabatları tərtib etmək.
- Kritik yol (Critical Path) analizini aparmaq, gecikmə risklərini müəyyənləşdirmək.
- Resurs planlaması aparmaq (işçi qüvvəsi, texnika, material ehtiyacları və s.).
- İş qrafikini mütəmadi yeniləmək, gecikmə və sürətləndirmə ssenarilərini qiymətləndirmək.
- Subpodratçılarla əlaqə saxlamaq, işlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək.
- Layihə rəhbərliyinə və texniki ofisə planlama hesabatları və analizlər təqdim etmək.
- Qrafiklərin müqavilə tələblərinə və sifarişçi istəklərinə uyğun olmasını təmin etmək.
- Gecikmə və tələb sənədlərinin (claim, EOT) hazırlanmasında texniki dəstək vermək.
İş şəraiti
- İş qrafiki Həftənin 5 günü, saat 9:00-dan 18:00-dək
- İş yeri: Baş ofis, Bridge Plaza, Şantiyə və ya mərkəzi ofis
- Əmək haqqı: 1000-1500 AZN (xalis/NET)
- Müqavilə şərtləri: Qanunverciliyə uyğun olaraq rəsmi müqavilə
Tələblərə cavab verən bütün namizədlərdən xahiş olunur ki, Planlama mühəndisi mövzusunu e-mailin subject (mövzu) hissəsində qeyd edərək, CV və ya Müraciət Formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Qeyd edək ki, yalnız tələblərə tam cavab verən və ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Ali təhsil: İnşaat mühəndisliyi, Sənaye mühəndisliyi və ya əlaqəli ixtisas.
- Planlama sahəsində ən azı 2–5 il təcrübə (tikinti, infrastruktur və ya enerji layihələrində).
- Primavera P6, MS Project və Excel proqramlarında yüksək bilik.
- İngilis dili biliyi (hesabat və müqavilə dili üçün).
- Analitik düşünmə, detallara diqqət və vaxtın idarə edilməsi bacarığı.
- Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
- Hesabatlılıq və əlaqə
- Hesabat verir: Layihə rəhbəri / Planlama rəhbəri
- Əlaqədə olur: Texniki ofis, şantiyə, satınalma və maliyyət nəzarəti şöbələri