Bakı,
Azərbaycan
19.08.2025 05:36
-
19.09.2025 12:00
İş haqqında məlumat
- Xidmətlərin mövcudluğunu yoxlamaq;
- Verilənlər bazasının saxlanması və bərpası proseslərinin idarə edilməsi;
- Müntəzəm biznes əməliyyatlarının icrasında həmkarlarına və komanda üzvlərinə fəal şəkildə yardım etmək;
- Hadisələr və nöqsanları İT Verilənlər bazasının idarə edilməsi üzrə yarımbölmə rəhbəri / və ya Korporativ İT Xidmətləri Əməliyyatları üzrə bölmə rəhbərinə eskalasiya etmək;
- Verilənlər Bazasının İdarə olunamsı ilə bağlı İT bölməsinə texniki sahədə məsləhət və dəstək vermək;
- İstehsal və mühəndislik komandalarında fəal şəkildə iştirak etmək və onlarla əməkdaşlıq etmək;
- Hadisələr və düzəldici tədbirlər planları barədə əsas iştirakçılara rəsmi məlumat vermək;
- Müdriyyət tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək;
- İT verilənlər bazasının idarə edilməsi üzrə yarımbölmə rəhbərinin nəzarəti ilə müvafiq müraciət əsasında digər əməkdaşlarla məlumatları bölüşmək;
- İT verilənlər bazalarında çıxan hər hansı problem barədə dərhal (problemin həllinə başlamazdan əvvəl) yarımbölmə rəhbərini məlumatlandırmaq;
- Azerconnect şirkətinin verilənlər bazalarının inkişaf etdirilməsi və onlara dəstək göstərilməsini təmin etmək;
- Azerconnect şirkətinin verilənlər bazasındakı əməliyyatları təkmilləşdirmək;
- Verilənlər bazasını optimallaşdırmaq və miqrasiya etmək üçün dəstək vermək;
- RDBMS və müvafiq məhsulları yükləmək, konfiqurasiya etmək və yeniləmək və məhsulların xüsusiyyətlərini qiymətləndirmək;
- Verilənlər bazasının təhlükəsizliyini həyata keçirmək və təmin etmək (istifadəçi və rollar yaratmaq və saxlamaq, imtiyazları təyin etmək);
- Artım və dəyişiklikləri planlaşdırmaq (personalın sayının planlaşdırılması);
- Verilənlər bazaları üzrə verilənlər həcminin planlamasını həyata keçirmək;
- Düzəlişlərin idarə edilməsi və versiyalara nəzarəti yerinə yetirmək;
- Görünüşlər, indekslər və digər verilənlər bazası obyektləri yaratmaqla verilənlər bazalarını optimallaşdırıb ən məhsuldar işini təmin etmək;
- Qüsursuz verilənlər bazası arxitekturasını yaratmaq və saxlamaq;
- Sənədləşdirmə və standartları təşkil etmək və saxlamaq;
- Bazada həyata keçirilən əlavə və dəyişikliklərin sənədləşməsini təmin etmək;
- İT Verilənlər bazasının idarə edilməsi üzrə yarımbölmə rəhbəri tərəfindən tələb olunan sənədləşmələri həyata keçirmək;
- Azerconnect şirkətinin İT Dəyişikliklərin İdarə Olunması üzrə Təlimatına tam olaraq riayət etmək;
- İş yükünü düzgün idarə etmək və iş mühitində bir-birinə zidd olan prioritetləri düzgün ardıcıllıqla yerinə yetirə bilmək.
Tələblər
- Texniki və ya informasiya texnologiyaları sahəsində universitet təhsili mütləqdir;
- Verilənlər bazası haqqında geniş məlumata və praktiki təcrübəyə malik olmaq mütləqdir;
- IT sahəsində ən azı 4 il iş təcrübəsi;
- Mürəkkəb mühitlərdə idarəetmə üzrə ən azı 4 il təcrübə;
- Dəyişikliklərin və buraxılışların idarə edilməsi və ITIL çərçivələri üzrə təcrübə;
- Verilənlər bazası üzrə Sertifikatlaşdırılmış Administrator və ya Peşəkar olmaq;
- Microsoft, Solaris və Linux platformalarında verilənlər bazası quraşdırmaları üzrə praktiki təcrübə;
- Linux üzrə orta (aralıq) bacarıqlar (o cümlədən bash scripting);
- TCP/IP, OSI Modeli kimi ümumi şəbəkə protokolları haqqında bilik;
- Oracle Grid Control və/və ya digər monitroinq vasitələri ilə təcrübə;
- Yaddaş sisteminin arxitekturası və klaster həlləri haqqında bilik;
- WAN/LAN texnologiyaları, server virtualizasiyası, yaddaşda saxlanma, təhlükəsizlik texnologiyaları və verilənlər bazaları sahəsində təcrübə;
- Nasazlıqların aradan qaldırılması üzrə təcrübə;
- Mövcud və yaranmaqda olan İT texnologiyaları haqqında dərin bilik;
- İT texnologiyasının Korporativ və Biznes Seqmentlərini necə dəstəkləməsi sahəsində biliyə malik olmaq;
- Windows və Unix-əsaslı sistemlərdə nasazlıqları aşkarlama, aradan qaldırma və bərpa etmək;
- Windows 2003, Windows 2008, Windows NT, Linux (RHEL, Oracle Linux, Suse), Solaris və BSD sistemlərində təcrübə;
- Şəbəkə təhlükəsizliyi sistemi (firewall), marşrutizatorlar, kommutasiya qurğuları, DNS, DHCP, VPN, FTP, internet protokolları və xidmətləri və məlumatötürmə məhsulları barədə biliyə malik olmaq;
- Məlumat Saxlama şəbəkələri və protokolları (FCP, FCIP, FCoE), çoxkanallı texnologiyalar (MPIO), disklər, həcmlər və birləşmə nöqtələri barədə biliyə malik olmaq;
- İT avadanlığı konsepsiyaları (RAID, SAN, x86 arxitekturası, SCSI, iSCSI)
- OSI modeli haqqında bilik;
- Məlumatların işlənmə mərkəzlərinin mühiti haqqında bilik.