İnnovasiyalar Mərkəzi

İT əməkdaşı (Help Desk)

İnnovasiyalar Mərkəzi
800 - 900 ₼
450
Tam iş günü
Bakı, Azərbaycan
12/09/2026 - 26/09/2026

İş haqqında məlumat

Sumqayıt şəhərində yerləşən qurumumuzda İT əməkdaşı (Help Desk) vakansiyası mövcuddur.

İT - Help Desk

Vəzifə öhdəlikləri

  • İnformasiya sistemlərinin və ehtiyatlarının, rabitə sistemlərinin və daxili şəbəkənin fəaliyyətinin fasiləsizliyi, təhlükəsizliyi və mühafizəsi ilə bağlı zəruri işləri yerinə yetirir;
  • İstifadəçi sorğularının idarəedilməsi sistemində qeydiyyatı və təsnifləşdirilməsini təmin etmək;
  • Avadanlıq və proqram təminatında nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
  • İş stansiyalarında əməliyyat sistemlərinin və tətbiqlərin quraşdırılması və sazlanmasını təmin etmək;
  • İstifadəçilərə birinci səviyyəli texniki dəstəyin göstərilməsi və mürəkkəb problemlərin növbəti səviyyəli dəstəyə eskalasiya olunmasını təmin etmək;
  • Videomüşahidə və giriş-çıxışa nəzarət sistemlərinin fasiləsiz işləməsini təmin etmək;
  • Yeni işçi yerlərinin qurulmasında iştirak etmək (şəbəkə kabellərinin çəkilməsi, avadanlıqların quraşdırılması və sazlanması);
  • Kabel kanallarında və kommutasiya şkaflarında kabelləşmənin səliqəli və standartlara uyğun olmasını təmin etmək;
  • İT aktivlərinin uçotu və idarə edilməsi təşkil etmək, İT aktivlərinin idarəetmə sistemində avadanlıq və proqram təminatı haqqında məlumatların aktuallığının təmin olunması.

Tələblər

  • Ali təhsil;
  • Sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
  • Əməliyyat sistemləri (Windows 10, 11) bilikləri (yüksək səviyyədə);
  • Windows Server (Active Directory, DNS, DHCP, WSUS və Group Policy) kimi servislərin idarəolunması sahəsində biliklər (Orta səviyyədə);
  • TCP/IP, LAN, WAN, VPN və Wi-Fi şəbəkələri haqqında anlayış;
  • Ticketing sistemləri (Servicedesk Plus, JIRA və s.) ilə işləmək təcrübəsi.
  • Videomüşahidə sistemləri ilə bağlı biliklər (yüksək səviyyədə);
  • Kompüter avadanlıqlarının diaqnostikası və nasazlıqlarının aradan qaldırılması bacarığı, Microsoft Office proqramlarının quraşdırılması və sazlanması bacarığı, Printer, skaner və digər periferik avadanlıqlarla işləmək bacarığı;
  • İngilis dilində texniki sənədləri oxuma və anlama bacarığı.
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Sahə üzrə müvafiq sertifikatlar arzuolunandır.

İş şəraiti:

  • 5 günlük iş qrafiki.
  • Təklif olunan əmək haqqı: 800-900 AZN (net)

Oxşar vakansiyalar