Rewire Model Group

IT Əməliyyatları və DevOps Meneceri

Rewire Model Group
Ə/h razılaşma ilə
1867
Tam iş günü
Bakı, Azərbaycan
19/05/2026 - 02/06/2026

İş haqqında məlumat

Şirkətimizin daxili serverlərində və müştəri obyektlərində proqram həllərinin quraşdırılması, konfiqurasiyası, monitorinqi və texniki dəstəyi üçün IT Operations & DevOps Engineer axtarırıq. Bu vəzifə DevOps öhdəlikləri ilə yanaşı ümumi IT problemlərinin həlli, sistem inzibatçılığı, kibertəhlükəsizlik, ehtiyat nüsxələmə və müştəri tərəfində texniki dəstəyi də əhatə edir.

Əsas öhdəliklər

  • Şirkətin proqram həllərinin müştəri obyektlərində və daxili serverlərdə quraşdırılması, konfiqurasiyası və texniki dəstəyi. 
  • Veb tətbiqlərin, backend servislərin, verilənlər bazalarının, dashboardların, ERP/CRM sistemlərinin, chatbotların və digər əlaqəli alətlərin deployment proseslərinə dəstək. 
  • Linux serverlərin, virtual maşınların, Docker konteynerlərinin və cloud/on-premise infrastrukturun idarə olunması. 
  • PostgreSQL verilənlər bazalarının, veb serverlərin, reverse proxy-lərin, SSL sertifikatlarının, domenlərin, DNS və e-mail ilə bağlı texniki ayarların qurulması və idarə olunması. 
  • GitHub/GitLab repozitoriyalarının, branch-lərin, giriş icazələrinin, deployment workflow-larının və release proseslərinin developer komandası ilə koordinasiyası. 
  • GitHub Actions və ya oxşar alətlər vasitəsilə CI/CD pipeline-larının və deployment avtomatlaşdırmasının dəstəklənməsi. 
  • Sistem performansının, uptime göstəricilərinin, logların, backup-ların, server vəziyyətinin və təhlükəsizlik statusunun monitorinqi. 
  • Serverlər, tətbiqlər, şəbəkə, istifadəçi girişləri, verilənlər bazaları, proqram quraşdırmaları və inteqrasiyalarla bağlı texniki problemlərin araşdırılması və həlli. 
  • Backup prosedurlarının qurulması, idarə edilməsi, restore testlərinin və əsas disaster recovery proseslərinin təşkili. 
  • Giriş icazələri, firewall qaydaları, istifadəçi səlahiyyətləri, yenilənmələr, təhlükəsiz bağlantılar və server hardening kimi kibertəhlükəsizlik tədbirlərinin dəstəklənməsi. 
  • Test, staging və production mühitlərinin hazırlanmasında software developer-lərlə əməkdaşlıq. 
  • Müştəri obyektlərində quraşdırma zamanı və deployment-dən sonra texniki dəstək göstərilməsi. 
  • Texniki sənədlərin, quraşdırma təlimatlarının, backup prosedurlarının və support materiallarının hazırlanması. 

İş şəraiti: 

  • İş yeri: Bakı şəhəri, Cəfər Cəbbarlı küçəsi 44, Caspian Plaza
  • İş qrafiki: Tam iş günü

Tələblər

  • IT operations, sistem inzibatçılığı, DevOps, infrastruktur və ya oxşar texniki sahədə minimum 3 il iş təcrübəsi. 
  • Linux server inzibatçılığı üzrə güclü praktiki bilik. 
  • PostgreSQL üzrə güclü praktiki bilik: database administration, backup və restore, istifadəçi icazələri, connection management, performance monitoring və troubleshooting. 
  • Git və GitHub/GitLab üzrə güclü praktiki bilik: repository management, branching strategy, access permissions, pull requests, code review workflows, release management və developer-lərlə koordinasiya. 
  • Docker və konteyner idarəçiliyi üzrə praktiki təcrübə. 
  • Veb tətbiqlər, API-lər, verilənlər bazaları və client-server arxitekturası haqqında anlayış. 
  • Proqram təminatının quraşdırılması, konfiqurasiyası, troubleshooting və texniki dəstək üzrə təcrübə. 
  • IP address, port, DNS, firewall, VPN, SSH, SSL və domen konfiqurasiyası kimi şəbəkə əsasları üzrə bilik. 
  • Kibertəhlükəsizlik, access management, backup və sistem yenilənmələri üzrə baza bilikləri. 
  • Logları oxumaq, xətaları müəyyən etmək və texniki problemləri müstəqil həll etmək bacarığı. 
  • Developer komandası, rəhbərlik və müştəri tərəfinin texniki komandası ilə effektiv ünsiyyət bacarığı. 
  • Məsuliyyətli, təşkilatçı, detallara diqqətli və kiçik komanda mühitində işləmək bacarığı. 

Üstünlük sayılan bacarıqlar

  • GitHub Actions və ya oxşar CI/CD alətləri ilə build, test, deployment, backup, notification və digər DevOps workflow-larının avtomatlaşdırılması təcrübəsi. 
  • PostgreSQL replication, high availability, database migration və advanced performance tuning üzrə təcrübə. 
  • Cloud platformalar, VPS və on-premise server quraşdırmaları üzrə təcrübə. 
  • Nginx, Ansible, monitoring tools, scripting və infrastructure automation üzrə bilik. 
  • ERP, CRM, dashboard, chatbot və AI yönümlü sistemlərlə iş təcrübəsi. 
  • Windows Server, Active Directory, Microsoft 365 və müştəri tərəfi IT infrastrukturu üzrə bilik. 
  • Texniki sənədlərin və implementation report-ların hazırlanması təcrübəsi.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar