Bakı,
Azərbaycan
02.10.2025 03:11
-
02.11.2025 12:00
İş haqqında məlumat
- Procurement, Purchasing, Sourcing, Inventory və digər SCM modulları üzrə biznes tələblərinin analizi və bu tələblərin Oracle Unified Method (OUM) çərçivəsində funksional tapşırıq sənədlərinə çevrilməsi;
- Modul üzrə statusların məruzə edilməsi və prioritetlərin müəyyənləşdirilməsi üçün birbaşa rəhbər ilə həftəlik görüşlərdə iştirak etmək;
- Son istifadəçilərə (end-user) funksional dəstəyin göstərilməsi və təlimatlandırılması;
- Həll dizaynının hazırlanması və istifadəçilərin tətbiq və dəstək mərhələsində yönləndirilməsi;
- Biznes istifadəçilərinin məlumat və HR prosesləri ilə bağlı qarşılaşdıqları problemlərin analiz edilməsi və həll edilməsi;
- ERP Procurement və SCM modullarının konfiqurasiyası və testlərinin aparılması;
- İstifadəçilərin biznes tələblərinin, ehtiyaclarının və məqsədlərinin qiymətləndirilməsi və bunların şirkətin HR proseslərinə tətbiqi;
- Performansın optimallaşdırılması üçün testlərin aparılması və problemlərin həll edilməsi.
Tələblər
- Biznes İdarəetmə, Təchizat Zənciri İdarəçiliyi, Tətbiqi Riyaziyyat və ya İnformasiya Texnologiyaları üzrə ali təhsil;
- Satınalma, təchizat, müqavilə idarəçiliyi, sifarişlərin yaradılması, sorğular və tenderlərin aparılması, anbar və ehtiyat idarəçiliyi kimi biznes prosesləri üzrə bilik və təcrübə;
- SQL və hesabat vasitələri (OTBI & BI Publisher) üzrə biliklər;
- ERP HCM sistemləri üzrə tətbiq/dəstək təcrübəsi;
- Oracle Fusion Procurement / SCM Cloud (və ya Oracle EBS Procurement & Inventory) üzrə implementasiya və ya dəstək təcrübəsi arzuolunandır;
- Funksional analiz və həll dizaynı üzrə təcrübə arzuolunandır;
- Oracle Fusion Procurement / SCM üzrə sertifikatlar üstünlük sayılır;
- Azərbaycan və İngilis dillərində sərbəst, Rus dili – üstünlükdür.