Group Motors

IT üzrə kiçik mütəxəssis

Group Motors
Ə/h razılaşma ilə
3014
Tam iş günü
Bakı, Azərbaycan
26.09.2025 11:48 - 26.10.2025 12:00

İş haqqında məlumat

  • İstifadəçilərin gündəlik texniki sorğularına (kompüter, proqram, şəbəkə, telefon) operativ reaksiya vermək;
  • Ofis avadanlıqlarının (noutbuk, printer, skaner və s.) saz vəziyyətdə işləməsini təmin etmək;
  • Windows və Microsoft 365 proqramlarında istifadəçilərə ilkin dəstək göstərmək;
  • Şəbəkə, internet və VPN lə yaranan nasazlıqları araşdırmaq və həll etmək;
  • IP-telefon üzrə sadə nasazlıqların aradan qaldırılması;
  • Yeni işçilər üçün iş mühitini hazırlamaq: kompüter, domen hesabı, e-mail, telefon və lazım olan proqram təminatı;
  • İT avadanlıqlarının qeydiyyatına nəzarət etmək;
  • İstifadəçilər üçün qısa təlimatlar (FAQ) hazırlamaq.

İş haqqında:

  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq;
  • İş saatları: 09:00 – 18:00;
  • İş ünvanı: Toyota Abşeron Mərkəzi (Masazır dairəsinin yanı).

Maraqlanan namizədlərdən CV-lərini “IT üzrə kiçik mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Tələblər

  • Ali texniki təhsil (arzuolunandır);
  • Korporativ mühitdə ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində danışıq. ingilis dili: sənədləri oxuyub anlamaq bacarığı.

Bilik və bacarıqlar:

  • Windows Server əməliyyat sistemləri baza bilikləri (AD, GPO, RDP və s.);
  • Microsoft Office və Microsoft 365 proqramlarının istifadəsi;
  • Ticket sistemlərindən istifadə (Jira, Zendesk və s.);
  • Baza şəbəkə bilikləri (IP, Wi-Fi, LAN, VPN);
  • Printer, IP phone, NVR və digər periferik avadanlıqların sazlanması;
  • Texniki problemləri diaqnostika etmək və  həll yollarını tapmaq bacarığı. (troubleshooting).


Oxşar vakansiyalar