
İş haqqında
Kontakt Home komandamıza qoşulmaq üçün məsuliyyətli və diqqətli əməkdaş axtarışındayıq.
Vəzifə öhdəlikləri:
Müştərilərdən daxil olan pul vəsaitlərinin, o cümlədən kredit borcları üzrə ödənişlərin qəbul edilməsi;
Qəbul edilən ödənişlərin yoxlanılması və müvafiq qaydada kassa əməliyyatlarının aparılması;
Gündəlik satış və ödəniş dövriyyəsini əks etdirən müvafiq sənədlərin hazırlanması;
Kassa vasitəsilə həyata keçirilən pul əməliyyatlarının, sənədlərin və qiymətlərin qeydiyyatının aparılması və mütəmadi nəzarətdə saxlanılması;
Nağd pul vəsaitlərinin təhlükəsizliyinin təmin edilməsi və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsi;
Müştərilərin müraciət və suallarının dinlənilməsi, səlahiyyətləri daxilində cavablandırılması və ya müvafiq şöbəyə yönləndirilməsi.
Namizədə tələblər:
Ali təhsil;
Kassir vəzifəsi üzrə əvvəlki iş təcrübəsinin olması arzuolunandır;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, rus dili biliyi üstünlükdür;
Nağd pul əməliyyatlarının aparılması üçün zəruri riyazi biliklər;
Müxtəlif növ kassa aparatları və onların istifadə qaydaları haqqında məlumatlılıq;
Microsoft Office proqramları üzrə biliklər;
İş prosesində diqqətli, məsuliyyətli və dürüst yanaşma nümayiş etdirmək.
Biz nə təklif edirik?
Rəqabətədavamlı əməkhaqqı və iş nəticələrinə əsaslanan əlavə motivasiya imkanları;
Peşəkar inkişaf və karyera perspektivləri;
Müasir və dinamik iş şəraiti;
Təcrübəli və əməkdaşlığa açıq komanda ilə işləmək imkanı;
Peşəkar bilik və bacarıqların artırılması üçün inkişaf imkanları.
İş şəraiti:
İş yeri: Şamaxı şəhəri;
İş qrafiki: Növbəli;
Vakansiya növü: Tam ştat.
Qeyd: Namizədlərin müraciətləri vakansiyanın tələblərinə uyğun olaraq nəzərdən keçiriləcək, yalnız ilkin seçim mərhələsindən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.


