

Kateqoriya Əməliyyatları üzrə Kiçik Mütəxəssis
Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
1329
Tam iş günü
Bakı,
Azərbaycan
08.07.2025 12:36
-
08.08.2025 12:00
İş haqqında məlumat
- Məhsul qrupu, kateqoriya və ya satış təmsilçisi paketinə uyğun olaraq məhsulların kataloqlarının hazırlanmasında iştirak etmək;
- Qəbul edilmiş şərtlər əsasında məhsulların planoqramlarının hazırlanmasında iştirak etmək;
- Ay ərzində satış şöbələrinə müvafiq olaraq kampaniya və aktivlikləri hazırlamaq, sistemə işləmək və müvafiq Satış komandasını kampaniya və aktivliklər barədə məlumatlandırmaq;
- Təkliflərə əsasən İnsert jurnallarına daxil olacaq məhsulların siyahısını hazırlamaq və müvafiq strukturlarla bölüşmək;
- Kampaniya, İnsert və digər aktivliklərin ay ərzində davamlı olaraq izlənilməsini həyata keçirmək, hədəf analizlərini hazırlayaraq aidiyyəti Satış komandasına göndərmək;
- Aktivliklərə görə POP materialların hazırlanması üçün sifarişlər vermək, mövcud POP materialların effektivliyini dəyərləndirmək, ehtiyac olduqda dizaynlarını dəyişdirmək və növlərini artırmaq;
- Mütəmadi olaraq əraziyə səfərə çıxmaq, kateqoriya üzrə məhsulların satışını və sərgilənməsini izləmək, ehtiyac olduqda müvafiq əməkdaşları təlimatlandırmaq, rəqib şirkətlərin kampaniyalarını nəzarətdə saxlamaq, bazarda əlavə fürsətləri aşkarlamaq, ehtiyac olduqda Satış və Marketinq komandasına təkliflər vermək;
- Korporativ prosedurlar çərçivəsində rəhbərləri tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra etmək;
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı;
- Təlim və sertifikat proqramlarına dəstək;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
Tələblər
- Marketinq, iqtisadiyyat, menecment istiqamətləri üzrə ali təhsil;
- Təcrübə: minimum 6 ay;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı olmalı;
- Aktiv, yenilikçi, kreativ, xoş görünüşlü, punktual, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı;
- Müasir texniki ünsiyyət vasitələrindən və kommunikasiya vasitələrindən, məlumatlardan istifadə üsullarını bilməli;
- Yazılı və vizual kontent hazırlamaq bacarığı;
- Problemlərin həll olunmasında kreativ yanaşma;
- Komandada işləmək bacarığı;
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.