Bakı,
Azərbaycan
26/01/2026
-
09/02/2026
İş haqqında məlumat
- Kateqoriyası üzrə məhsul çeşidinin formalaşdırılması və inkişaf etdirilməsi
- Satış göstəriciləri, marja, dövriyyə və stok səviyyələrinin təhlili və nəticələrinə uyğun optimallaşdırma təklifləri
- OEM/ODM məhsullarla işləyən Çin zavodları ilə məhsul seçimi, qiymət danışıqları və keyfiyyət nəzarəti proseslərində iştirak
- Tam konteyner (FCL) yükləmələri ilə bağlı planlama və koordinasiya
Analitika və sistem idarəçiliyi
- Satış, dövriyyə, marja və stok üzrə analitik hesabatların hazırlanması
- ERP sistemində yeni məhsulların kodlaşdırılması və düzgün məlumatların qeydiyyatı
- Kateqoriya üzrə aylıq və illik performans hesabatlarının hazırlanması
- Bazar araşdırmaları, rəqib məhsulları, qiymətləri, trend dəyişiklikləri və yeni məhsul imkanlarının təhlili
Vendor və tədarük əlaqələri
- Çin istehsalçıları ilə gündəlik ingilis dilli yazışmalar və onlayn görüşlərin təşkili
- Qablaşdırma, MOQ, spesifikasiya təsdiqləri, logistika və konteyner yüklənmələri üzrə zavodlarla koordinasiya
- Keyfiyyət, qiymət, istehsal müddəti və təchizatın davamlılığı üzrə vendor performansının qiymətləndirilməsi
Təminatlar:
- Peşəkar inkişaf və təlim imkanları
- Korporativ mühit və güclü komanda ilə çalışma imkanı
- Karyera yüksəlişi
- Rəqabətədavamlı əmək haqqı
- Nahar ilə təmin edilmə;
- KPI sisteminin tətbiqi;
- Korporativ mobil nömrə.
Tələblər
Təhsil və təcrübə:
- Ali təhsil ( biznes, iqtisadiyyat, marketinq və ya əlaqəli sahələr )
- Analitika, kateqoriya idarəetməsi sahəsində təcrübə üstünlükdür
Bilik və bacarıqlar:
- Excel-də yüksək səviyyədə işləmək bacarığı
- Analitik düşüncə və detala diqqət
- ERP və Power BI bilikləri üstünlükdür
- Ünsiyyət, koordinasiya və komanda daxilində iş bacarıqları
- İngilis dili (B2 səviyyəsindən aşağı olmayan)
- Məsuliyyətli, dəqiq və nəticəyönümlü
- İnkişaf etməyə açıq
- Operativ və təşəbbüskar
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.