Emsan

Kateqoriya və Satınalma üzrə təcrübəçi

Emsan
200 ₼
545
Təcrübə
Bakı, Azərbaycan
15/01/2026 - 15/02/2026

İş haqqında məlumat

  • Yerli və xarici bazarların təhlili və potensial təchizatçıların araşdırılması;
  • Tələb olunan məhsullar üzrə bazar trendlərinin və istehlakçı ehtiyaclarının öyrənilməsi;
  • Təchizatçılarla ilkin danışıqlar və müqavilə şərtlərinin təhlilində iştirak;
  • Məhsul kateqoriyalarının formalaşdırılması, çeşidlərin planlaşdırılması və optimallaşdırılması;
  • Satınalma, xərclər və məhsul nəticələri ilə bağlı analitik hesabatların hazırlanması;
  • Təchizatçı bazasının qurulmasında və qiymətləndirilməsində dəstək;
  • Brendin inkişafı üzrə rəhbərlik tərəfindən verilən tapşırıqların icrası

Təcrübə müddətində qazanacaqlarınız:

  • Real biznes mühitində kateqoriya idarəçiliyi prosesinin öyrənilməsi;
  • Yerli və xarici bazar analiz metodlarının mənimsənilməsi;
  • Təchizatçılarla kommunikasiya və danışıqlar bacarığının inkişafı;
  • Məhsul çeşidi planlamasında, qiymətləndirmədə və analitik hesabatlarda təcrübə;
  • Təcrübəli mentorların rəhbərliyi ilə praktiki öyrənmə imkanı;
  • Komandaya töhfə verərək praktiki nəticələr yaradan namizədə təcrübə sonunda daimi iş qazanmaq imkanı.

İş şərtləri:

  • İş rejimi: 5 günlük iş qrafiki;
  • Rəsmi rəsmiləşdirmə (AR Əmək Məcəlləsinə uyğun);
  • İş yeri: 25 Plaza (Gənclik m/s, Şəmsi Rəhimov küçəsi);
  • Təcrübə müddəti: 3 ay;
  • Aylıq ödəniş: 200 AZN.

Tələblər

  • Yaş: 20–25 yaş;
  • Təhsil: Marketinq və Biznes üzrə ali təhsil – üstünlükdür;
  • Azərbaycan dilini səlis, İngilis dili mütləqdir;
  • MS Word və MS Excel bilikləri;
  • Analitik düşüncə və araşdırma qabiliyyəti;
  • Qab-qacaq, tekstil və elektronika məhsul kateqoriyalarına maraq;
  • Ünsiyyətcil, çalışqan, məsuliyyətli və öyrənməyə həvəsli olmaq;
  • Komanda ilə işləmə bacarığı.

Maraqlanan namizədlərdən mövzu hissəsində “Kateqoriya üzrə Mütəxəssis Təcrübəçi” qeyd etməklə şəkilli CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.


Oxşar vakansiyalar