Avrora Qrup

Keyfiyyətə nəzarət mühəndisi (Mexanik)

Avrora Qrup
Ə/h razılaşma ilə
2299
Freelance
Bakı, Azərbaycan
08.05.25 - 08.06.25

İş haqqında məlumat

  • Mexaniki sistemlərin (HVAC, santexnika, yanğın söndürmə, təzyiqli boru sistemləri, kanalizasiya, drenaj sistemləri və s.) layihəyə və texniki spesifikasiyalara uyğun icrasına nəzarət edilməsi;
  • Gündəlik keyfiyyət yoxlamalarını həyata keçirmək və yoxlama aktları (IR), material təsdiq formalarının (MAR) hazırlanması;
  • Material və avadanlıqların qəbulunda texniki yoxlamaların aparılması;
  • Quraşdırma və istismara vermə mərhələsində funksional testlərin aparılmasını təmin edilməsi;
  • Uyğunsuzluqların (NCR) qeydiyyatı, hesabatların hazırlanması və düzəldici/preventiv tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Texniki sənədlərin və keyfiyyətə dair arxivlərin saxlanması;
  • BoQ üzrə görülmüş işlərin və materialların uyğunluğunun yoxlanması;
  • Podratçıların hazırladığı İPC lərin mexanik hissəsinin yoxlanması;
  • Sahədə görülən işlərin layihə tələblərinə uyğun, vaxtında və keyfiyyət standartlarına uyğun şəkildə təşkili və icrasına nəzarət edilməsi;
  • Ehtiyac yarandıqda mexanik işlər ilə bağlı shopdrawing’lərin hazırlanmasına dəstək olunması;
  • Ehtiyac yarandıqda layihəçi və sahə arasında koordinasiyanın təşkil edilməsi;
  • Layihə rəhbərinə mütəmadi hesabat verılməsi;
  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Təlim və inkişaf imkanları;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Avrora Sənaye Parkı (Hökməli).

Tələblər

  • Təhsil: Ali təhsil (Mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə);
  • İş təcrübəsi: Sahə və ya QA/QC mühəndisi kimi təcrübə, xüsusilə mexaniki sistemlərdə minimum 5 il təcrübə;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində texniki yazışma və sənəd hazırlamaq bacarığı;
  • AutoCAD, MS Office, HAP, Duct Sizer, Pipe Sizer Revit MEP (üstünlükdür) proqramları üzrə biliklər;
  • HVAC, santexnika, yanğınsöndürmə və digər mexaniki sistemlər üzrə texniki biliklər;
  • Duct, boru və avadanlıq quraşdırılmasına dair normativlərə uyğunluğun yoxlanması bacarığı;
  • HVAC və digər MEP sistemləri üzrə beynəlxalq və yerli normativlərə bələdlik (ASHRAE, SMACNA, NFPA və s.);
  • Keyfiyyətə nəzarət prosedurlarında iştirak təcrübəsi və sənədlərlə işləmək bacarığı;
  • Layihə sənədlərinin və shop drawing-lərin düzgün təhlil edilməsi;
  • Mexaniki sistemlərin istismara verilmə prosesində iştirak və texniki hesabatların hazırlanması;
  • Sahə işlərinin izlənməsi;
  • Uyğunsuzluqların vaxtında aşkarlanması və texniki həllərin verilməsi;
  • ISO 9001 və digər keyfiyyət idarəetmə sistemləri üzrə məlumatlılıq;
  • Sahədə işləmək, komanda ilə koordinasiya və texniki detallara diqqət.


Oxşar vakansiyalar