OVEN

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

OVEN
Ə/h razılaşma ilə
1462
Tam iş günü
Bakı, Azərbaycan
16.05.25 - 16.06.25

İş haqqında məlumat

  • İstehsal proseslərinə nəzarət edilməsini təmin edir, istehsal xətlərinə dair qeydiyyat formlarının hazırlanması və sahədə qeydiyyatların zamanında icrasını təmin edilməsi;
  • Növbəli və günlük istehsala dair iş saatının sonunda hesabatın hazırlanması və rəhbərə təqdim edilməsi;
  • Nəzarət etdiyi fəaliyyətlərin, işlərin plan üzrə (Sanitar-gigiyena, Keyfiyyət-təhlükəsizlik, HACCP, Texniki baxış, zərərvericilərlə mübarizə və s. planlar) icrasına nəzarət edilməsi;
  • Qida təhlükəsizliyi və keyfiyyəti sahəsində qanunvericilik tərəfindən qoyulan tələblərə, həmçinin bu sahədə digər beynəlxalq standartların tələblərinə uyğun olaraq müvafiq işlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Nəzarət etdiyi sahədə keyfiyyət-təhlükəsizlik, sanitar-gigiyena, təhlükə analizi və kritik nəzarət nöqtələrinə dair planların hazırlanması;
  • Məhsulun qanunvericiliyə (gərəkli hallarda digər normativ sənəd və standartlara) uyğun texniki mətninin hazırlanmasında iştirak, təsdiq üçün daxil olan markalanma yoxlanışı və təsdiqi sorğularını cavabalandırılması;
  • Məhsullar üçün keyfiyyət vəsiqələrini hazırlanması və lazımi hallarda müştəriyə təqdim edilməsi;
  • Nəzarət etdiyi sahədə istehsal prosesinə nəzarətin həyata keçirilməsi, markalanma (məhsulların tərkibi, xüsusiyyətlərinin özəlliyi, saxlama müddəti və şəraitinə uyğunluğu) və qablaşdırma proseslərinin tələblərə uyğunluğuna nəzarətin həyata keçirilməsi;
  • İstehsal zamanı uygunsuz çıxan məhsulların blok edilməsi, sonrakı gedişatın izlənilməsi, utilizasiya proseslərində iştirak etmə; 
  • İş qrafiki: I-VI günlər;
  • Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
  • Ünvan: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.

Tələblər

  • Təhsil: Ali (Qida sənayesi üzrə üstünlükdür);
  • İş təcrübəsi: Qida və qənnadı istehsalı sahəsində keyfiyyət mütəxəssisi olaraq 2-3 il təcrübə;
  • İSO 9001-2015 (keyfiyyətin idarəetmə sistemi) standartına uyğun istehsal prosesinə nəzarət;
  • Nəzarət etdiyi sahələr üzrə risk analizinin aparılması;
  • Nəzarət etdiyi sahə üzrə baş verən uyğunsuzluqlar barədə düzəldici tədbir və və risklərin hesablanması;
  • Stresli iş şəraitində işləmə bacarığı;
  • Ofis proqramlarında (word, excel və s.) sərbəst işləmə.


Oxşar vakansiyalar