hrin.az
Reklam

Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis

ATA PACK MMC

Əmək haqqı: 600 ₼ və üzəri

187917 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiNövbəli
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliYoxdur

İş haqqında

ATA Pack MMC-dən vakansiya: Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis tələb olunur

Vəzifə öhdəlikləri

  • İstehsaldan çıxan çap məhsullarının rəng uyğunluğunun, çap keyfiyyətinin, mətn və barkodların düzgünlüyünün yoxlanılması.
  • Məhsulların müştəri sifarişi və təsdiq edilmiş nümunəyə uyğunluğunun yoxlanılması.
  • Xammalın keyfiyyətinə nəzarət.
  • Aşkar edilmiş qüsur və uyğunsuzluqların qeydiyyata alınması və aidiyyəti struktur bölmələrə vaxtında məlumat verilməsi.
  • Keyfiyyət problemlərinin araşdırılması və səbəblərinin təhlili.
  • İstehsal prosesinin müxtəlif mərhələlərində operativ keyfiyyət nəzarətinin həyata keçirilməsi və məhsulun müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi.
  • Məhsulun ölçü, çəki və digər texniki göstəricilərinin yoxlanılması.
  • ISO 9001:2015, İSO 9001:22000 standartlarının tələblərinə uyğun işləmək.
  • Rəhbərliyə hesabatların təqdim edilməsi.

Namizədlərə tələblər

  • Təhsil: Ali təhsil.
  • İş təcrübəsi: Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi (istehsal və ya çap sahəsi olması mütləqdir).
  • MS Excel və Word proqramlarından istifadə.
  • Rus dili biliyi B1 səviyyədə (mükəmməl səviyyədə yazı və oxu bacarıqları).
  • Diqqətlilik, məsuliyyət və tələbkarlıq.
  • Stressli iş mühitində operativ və keyfiyyətli işləmək bacarığı.
  • Komandada işləmək və vaxtı effektiv idarə etmək bacarığı.
  • Növbəli iş rejimində işləyə bilmək.

İş şərtləri

  • İş qrafiki: Növbəli.
  • İş yeri: Balaxanı Sənaye Parkı.
  • Koroğlu metro stansiyasından servis xidməti mövcuddur.
  • Nahar şirkət tərəfindən təmin olunur.

Əmək haqqı

  • Başlanğıc aylıq məvacib: 600 manat.
  • AR qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Reklam