Sumqayıt,
Azərbaycan
23/04/2026
-
07/05/2026
İş haqqında məlumat
- Müştəri şikayətləri əsasında tələb olunan təhlilin aparılmasına dəstək vermək,
- Keyfiyyət sahəsi üzrə siyasətlərin və prosedurların, iş axın sxemlərinin hazırlanması zamanı dəstək vermək,
- İstehsal olunan məhsulların standartlara və təmin edilən qaydalara uyğun olmasına nəzarət etmək,
- İstehsal olunan məhsulun vizual və ölçülərini yoxlamaq,
- İstehsal olunan məhsulun düzgün olan, qeydiyyatdan keçmiş, möhürlənmiş cizgilər əsasında yoxlanılmaq,
- Sifarişə uyğun olaraq istehsal olunmuş məhsulun qarışmaması üçün qəbul edilmiş qaydada nişanlanmasına (markalanmasına) nəzarət etmək,
- İstehsal prosesinin bütün mərhələlərində operativ nəzarətin həyata keçirmək,
- Keyfiyyətsiz məhsulun istehsalının qarşısı almaq,
- Uyğunsuz və ya zay məhsul buraxıldığı təqdirdə məhsul partiyasını (seriyasını) qəbul etməmək və bu haqda rəhbərliyi yazılı şəkildə məlumatlandırmaq,
- Zay məhsul istehsalı zamanı onun sənədləşdirilməsini, qeydiyyatını və izolə olunmasını təmin etmək,
- Məhsulun keyfiyyətinin qoyulan tələblərə cavab verməməsi səbəblərinin analiz və tədqiq edilməsində iştirak etmək,
- Məhsulun düzgün paketlənməsinə nəzarət etmək,
- İstehsal zamanı məhsulun girişdən çıxışa qədər bütün mərhələlərdə izlənməsini təmin etmək,
- Keyfiyyət üzrə qeydlərin aparılmasını təmin etmək etmək,
- Uyğunsuzluqların idarəolunması prosesi zamanı dəstək vermək, uyğunsuluqların izlənməsini təmin etmək.
İş şəraiti:
- İş yeri: Azərbaycan, Sumqayıt
- İş qrafiki: Növbəli 5 günlük (1-ci növbə 08:00-16:00, 2-ci növbə 16:00-00:00)
Digər məlumatlar:
- Xidməti servis ilə təmin olunma,
- Nahar şirkət tərəfindən təmin oluma,
- Korporativ nömrə (korporativ paket),
- İllik Tibbi sığorta paketi,
- Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək.
Tələblər
- Ali təhsil,
- Müvafiq sahə üzrə ən azı 3 illik iş təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi üstünlükdür),
- Keyfiyyət, idarəetmə sistemi üzrə biliklər,
- Keyfiyyətə nəzarət üzrə tələb olunan uyğun sertifikatların olması (İSO 9001:2015),
- MS Office proqramlarında işləmə bacarığı,
- Təşəbbüskarlıq və zəruri hallarda təzyiq altında işləmə bacarığı,
- İşdə yaranan müxtəlif vəziyyətlərə çevik reaksiya vermə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.