Sumqayıt,
Azərbaycan
23/04/2026
-
07/05/2026
İş haqqında məlumat
- Müəssisəyə daxil olan xammal və materialların (klok, kağız və s.) qəbul zamanı keyfiyyət göstəricilərinə nəzarət etmək;
- Daxil olan materialların standartlara və texniki tələblərə uyğunluğunu yoxlamaq və nəticələri sənədləşdirmək;
- İstehsal prosesinin müxtəlif mərhələlərində məhsul keyfiyyətinə nəzarəti həyata keçirmək;
- İstehsal zamanı aşkar olunan uyğunsuzluqları qeyd etmək və onların aradan qaldırılması üçün aidiyyəti strukturla koordinasiya etmək;
- Hazır məhsulların müştəriyə göndərilməzdən əvvəl keyfiyyət yoxlamasını həyata keçirmək;
- Uyğunsuz və ya qüsurlu məhsulların ayrılması və müvafiq prosedura uyğun idarə olunmasını təmin etmək;
- Keyfiyyət göstəriciləri üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- Keyfiyyətə nəzarət proseslərinin təkmilləşdirilməsi məqsədilə təkliflərin verilməsi;
- İstehsalat sahəsində SƏTƏM və daxili təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- Daxili audit və yoxlamalarda iştirak etmək;
- Rəhbərlik tərəfindən verilən digər əlaqəli tapşırıqları icra etmək.
İş şəraiti:
- 5 günlük iş rejimi;
- Stabil iş mühiti və peşəkar inkişaf imkanı.
- İş yeri: Sumqayıt
- İş qrafiki: 5 günlük (istirahət günləri dəyişkən)
Tələblər
- Ali təhsil;
- 25–30 yaş aralığında namizədlərə üstünlük verilir;
- Məsuliyyətli, diqqətli və analitik düşünmə qabiliyyəti;
- Keyfiyyətə nəzarət və ya istehsalat sahəsində iş təcrübəsi üstünlükdür;
- MS Office (xüsusilə Excel) bilikləri;
- Komandada işləmək və operativ qərarvermə bacarığı;
- Dəyişkən iş qrafikinə uyğunlaşma qabiliyyəti.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.